Yalan insanı pis işə, pis iş də cəhənnəmə tərəf çəkər. Düzgünlük insanı yaxşılığa, yaxşılıq da behiştə yönləndirər
Mьəllif: admin1
Tarix: 12-11-2017, 20:44
Yalan insanı pis işə, pis iş də cəhənnəmə tərəf çəkər. Düzgünlük insanı yaxşılığa, yaxşılıq da behiştə yönləndirər

Yalanın və iftiranın nə qədər qəbahətli olduğunu hamımız yaxşı bilirik. Yalan əslində insanları aldatmaq və batil söz danışmaqdır.
Yalan – iman zəifliyinin nişanəsi və insanlıq kəramətindən məhrum olmasının əlamətidir.

Qurani-Kərim bu əməlin çirkiliyinin şiddətindən yalançı insanları lənətləmişdir. “Beləliklə Allahın lənətini yalançılara yağdıraq”. (“Ali-İmran” 61).
İslam Peyğəmbəri (s) onun nübuvvətini inkar edən Nəcran xristianlarına buyurur: “Gəlin, bir-birimizi lənətləyək. Allahın lənətini yalançılara qərar verək”. Bu sözlərdən aydın olur ki, Allahın lənəti yalançılara şamil olar.

Yalanın nə qədər çirkin əməl olduğuna aid çox sayda hədislərimiz vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Ən böyük xəyanətdir ki, din qardaşına elə söz deyəsən ki, həmin söz yalan olduğu halda onun tərəfindən təsdiq edilsin”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Çoxlu yalan danışan dilə malik olmaq – ən böyük günahlardandır”.

Peyğəmbərmiz (s) buyurur: “Yalandan çəkinin, çünki yalan sizi çirkin işlərə tərəf çəkər. Yalan və çirkin işlər cəhənnəmə daxil olmağa səbəb olar”.

Həzrət (s) yenə buyurur: “Yalandan çəkinin, çünki ciddi və zarafatla yalan danışmaq rəva deyildir. İnsan övladına gərək yalandan vədə verməsin. Yalan insanı pis işə, pis iş də cəhənnəmə tərəf çəkər. Düzgünlük insanı yaxşılığa, yaxşılıq da behiştə yönləndirər”.

Rəsuli-Əkrəm (s) buyurur: “Vay olsun o kəsə ki, yalan söz deyər ki, insanları güldürsün. Vay olsun ona, vay olsun ona”.

İnsan yalan danışan zaman ondan səmaya pis iy qalxar və İlahi mələklər bu iyə görə ondan uzaqlaşarlar.

Əhli-Beytdən (ə) nəql edilir:
“Yalan – nifaq və ikiüzlülük qapılarından biridir”.

“Düzgünlük - əmanətin nişanəsi, yalan – xəyanətin nişanəsidir”.

“Özünüzü yalandan qoruyun, çünki ən alçaq əxlaq, çirkinliyin növü və alçaqlığın bir hissəsidir”.

İmam Baqir (ə) buyurur: “Allah Təala şər üçün qıfıl qərar vermişdir və bu qıfılın açarı şərabdır. Yalan şərabdan da pisdir”.

Bu hədislərə əsasən demək olar ki, yalan danışanın sözləri dəyərsiz olar. Yalan mütləq üzə çıxar və yalançını tanımaq çətin iş deyildir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930