Məsumlarımız Cihad, Təqva və Ailə tərbiyəsi haqqında buyurduqları
Mьəllif: admin1
Tarix: 11-07-2020, 23:25
Məsumlarımız Cihad, Təqva və Ailə tərbiyəsi haqqında buyurduqları
Bağışlayan və mehriban Allahın adı ilə

Həzrət Əli (ə) buyurur: “Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.”

Həzrət Məhəmməd (s) buyurur: “İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”

İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”

Həzrət Əli (ə) buyurur: “O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.”

Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”

Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”

Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş kimidir.”

Həzrət Əli (ə) buyurur: “Günah etməmək tövbə etməkdən daha asandır.”

Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”

Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü möminin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.”

Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır. ”

Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”

Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.”

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”

Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”

Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.”

Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”

Həzrət Əli (ə) buyurur: “Kişi öz dilinin altında gizlənmişdir.

Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”

Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”

Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bədgüman olanları qınamamalıdır.”

İmam Sadiq (ə) buyurur: “İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.”

Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”

Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”

Həzrət Məhəmməd (s) buyurur: “Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”

İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”

İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.”

Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”

İmam Riza (ə) buyurur: “Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”

Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”

İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.”

İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”

İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”

Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin.”

Həzrət Məhəmməd (s) buyurur: “Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.”

Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”

Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”

“Məsumların nurlu kəlamlarından 500 hədis” kitabindan seçmələr


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930