Vəhhabilərin beynəlxalq təbliğ metodları (1)
![]() Birinci metod: Kəbə və Peyğəmərin (s) məscidinə yiyələnmək və bu müqəddəs məkanlardan təbliğat vasitəsi kimi istifadə etmək. İslan dinin Ərəbistanda zühur etməsi, Kəbə evinin Məkkədə yerləşməsi, Məhəmməd (s) peyğəbərin qəbrinin Mədinə şhərində olması vəhhabilərə öz batil inanclarını təbliğ etməyə bir daha böyük fürsət vermiş oldu. Onlar, bu fürsətdən idtifadə edərək özlərini “Xadimul – hərəmeyn” yəni iki hərəmin (Kəbə və peyğəmbərin məscidi) xadimi adlandırdılar. Demək olar, əksər müsəlmanlarda bu ləqəbə aldanaraq onları haq yolda olduqlarnı düşündülər. Ərəbistan rəhbərləri isə bu fürsətdən istifadə ederək ayrıca “Həcc nazirliyi” yaradaraq, hər bir dini kitab, jurnal və... təbliğat üçün lazım olan bütün ləvazimatların vəhhabilik firqəsinə əsasən yazılmasına nəzarət etməyə başladılar. Bütün din alimlərini vəhhabilik firqəsinə əsasən fətva və suallara cavab verməyə məcbur etdilər və etməkdə də davam edirlər. (Cəfəri, Fərhənge puya jurnalı, nöm; 7, 1386 hic-ş) İkinci metod: Həcc mövsümündən istifadə edilməsi. Vəhhabilərin təbliğ metodlarından biri də, Həcc ziyarəti mövsümündən lazımınca bəhrələnməkdə olmalarıdır. Bildiyiniz kimi, hər il Həcc mövsümü zamanı dünyanın hәr bir tərəfindən milyonlarla müsəlman hacı olmaq eşqi ilə bir yerə toplaşırlar. Vəhhabilər yaranmış vəziyyətdən öz batil əqidələrinin yayılması üçün sui-istifadə edir və bunu ən əlverişli fürsət sаnırlаr. Öz təbliğatçılarını müxtəlif dilli hacılar arasında bölüşdürür, elmi mühazirələr, kitab hədiyyə etmək və elm xadimlərini elmi mәrkәzlәrә dəvət etməklə öz məzhəblərinə tərəf çәkirlər. Hətta son zamanlar qеyri-әrәb hacılar arasında müхtәlif dillәrdә yüksək tirajda nəşr edilmiş anti-şiə xarakterli kitabların pulsuz paylanması müşahidə edilməkdədir. Çox gizli şəkildə təxribat xarakterli yazılmış bu kitablar öz inanclarını isbat, şiə və digər İslam məzhəblərinin əqidələrini bаtil göstәrmәyә xidmət edir. (Əli – Əsğər Rizvani, Sələfigəri, səh; 197) Mən 2010-cu ildə həcc ziyarətində olarkən, ən çox paylanılan kitablar arasında fars dilində şiəliyin əleyhinə yazılan mənbəsiz kitabları gördüm. Bu kitabları Şiə olduqları üçün İran İslam Resbublikasıdan gələn hacılar üçün paylayırdılar ki, azda olsa onların zehinlərində şiyə əqidəsinə qarşı şübhələr doğursun. Bir sıra mənbələrə əsasən, bu Həcc mərasimində dünyanın 20 canlı dilində iyirmi milyondan artiq kitab paylanılır. Buda, o demekdir ki, bir Hacı başına təqribən yeddi nüsxə kitab düşməkdədir. Əslinə baxsaq vəhhabilər, Həcc mövsümündən istifadə edərək, Ərəbistan hökümətinin çirkin siyasətini həyata keçirərək hacıların zehinlərində saxta inancların formalaşdırmağa çalışırlar. Üçüncü metod: Bidətlə mübarizə və İslam dinini nicat şüarı. Vəhhabilərin iddialarından biridə bidətlə mübarizə edərək İslam dinini nicat verməkdir. Bunun əsas və başlıca səbəbi isə yalniz özlərini haqq və başqa məzhəbləri batil bilməkdir. Necə ki, vəhhabilər özlərinin “Əhli-sələf” yəni səhabələrin davamçıları, başqalarını isə “Əhli xələf” yəni bidət qoyanlar və xilaf əhli adlandırırlar. (Dr. Məhəmməd Əsədi, Asibşinasiye cərəyanhaye təfsiri, c; 1, səh; 199). Onların fikirlərinə əsasən, gərək müsəlmanlar mübarizə apararaq, bidəti təmizləsinlər. Amma bunu düşünə bilmədilərki, bunların bu addımları İslam düşmənlərinin, İsalm dinin məhv etmək üçün tökdükləri proqramlardır. Axı bidətlə mübarizə etmək yollarından biri , məntiqi və əqli dəlilə və ya hansısa sünnətlə bidətin isbat edilməsi olmalıdır. Vəhhabilər isə bir tərəfdən məntiqi və əqli dəliləri qəbul etməyərək, digər tərəfdən isə hədisləri ixtisar etməklə İslamın elmi irsini məhv etməya çalışırlar. Əgər onların, həqiqətəndə fikirlərində bidətlə mübarizə varsa, gərək özlərinin batil əqidələri ilə mübarizə etsinlər. Çünki İslamda olamayan batil və açıq-aşkar bidətləri onlar daxil etməkdədirlər. Əziz oxucular! Sizləri Vəhhabilərin beynəlxalq təbliğ metodları üzərində düşünməyə çağırıram. Onların təbliğ metodları çoxdur amma hələlik mən burda sizin üçün üç metodu qeyd etdim. Ardını isə gələn yazılarımda oxuya bilərsiniz. Fariz Rəcəbov Islammektebi.org Oxşar xəbərlər
|