Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər
Mьəllif: admin1
Tarix: 16-02-2020, 11:00
Dəstəmaz alanda bu surəni oxuyun ki, günahlar tökülər

Əgər bəndə böyük əzəmət sahibi olan tək Allahla münacat və ibadət etmək istəyirsə, gərək bu görüşə hazır olsun. Zahiri çirkinliyini və nəcasətini aradan aparsın və batinini paklasın.

İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: "Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!””.

İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini suya oxuyar və onu içər – Allah onun gözündə nur qərar verər”.

İmam Rza (ə) buyurur: "O mömin ki, dəstəmaz alan zaman "Qədr” surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi”.

İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr” surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar – Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər”.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Hər kim yatan zaman "Qədr” surəsini on bir dəfə oxuyarsa, Allah on bir mələyi məmur edər ki, onu hər şeytanın şərrindən qorusun”.

İslami əhkamın təkcə zahiri faydaları yoxdur, əhkam zahirə aid olduğu kimi, insan ruhuna və batininə də aiddir.

İmam Rza (ə) buyurur: "Ona görə dəstəmaz almağa vəzifələndirilmişik ki, bəndələr Allah dərgahında dayanan və Onunla münacat edən zaman pak olsunlar. Çirkinliklərdən, nəcasətdən uzaq olsunlar. İnsan qəlbi Allah dərgahında qiyam (dayanmaq) etmək üçün nurani və səfalı olsun”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, dəstəmaz və qüsl kimi əməllərin faydası sadəcə zahirə deyil, həm də ruhumuza təsir qoyar və bizi saflaşdırar. Bu əməllərin əsl hədəfi – qəlbin pak və nurani olmasıdır. Bu da zahiri təharətlə əldə oluna bilir.

Ona görə də dəstəmaz həm cismi pak edir, həm də qürbət niyyəti ilə insana tərbiyəvi təsirlər göstərir. İnsanın yadına salır ki, harada və kiminlə münacat edəcəkdir və bu yolla həmin ibadət üçün hazırlanar.

İmam Sadiq (ə) buyurur: "Dəstəmazdan sonra dəstəmaz – nur üstünə nurdur”. Yəni, insanın bir neçə dəfə nurani olmasına səbəb olar.

Beləliklə deyə bilərik ki, dəstəmaz və qüsl kimi əməllər bizim həm zahirimizi və həm də batinimizi paklayar və bizi Cəlal və Camal olan Allahla görüşə hazır edər.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930