Vəhdət həftəsi
Müəllif: admin1
Tarix: 17-12-2015, 13:55
Vəhdət həftəsi

Sünni-şiə vəhdəti xüsusilə çağdaş dövrümüzdə və müsəlmanların müstəmləkəçilik və digər bir çox beynəlxalq siyasi problemlərlə üzləşdiyi bir zamanda bəzi fikir adamları tərəfindən irəli sürülmüşdür. Sünni və şiələrin müştərək düşmənlərə qarşı birgə savaşı və bir çox ölkələrdə milli vəhdəti qorumağın qarantı hesab olunur.
İslam vəhdətinin tərifi
İslam vəhdəti dedikdə digər din mənsubları islama qarşı savaş halında olduqda islam məzhəblərinin müharibə müddətində bir araya gəlməsi, müştərək düşmənə qarşı birləşməsi nəzərdə tutulur. Bu, heç də məzhəblərin bütün hallarda birləşməsi, qanun və şəriətlərinin eyniləşməsi demək deyil. Ümumilikdə İran İslam Respublikası bu ifadəni – islami vəhdəti – işlədir və bu məqsədlə "vəhdət həftəsi" də təyin etmişdir. Görkəmli əhli-sünnə alimlərinə görə isə İran sünni-şiə vəhdəti istiqamətində ciddi bir iş görməmiş, yalnız şüarlarla və simvolik əməllərlə kifayətlənmişdir.
Şiələrin vəhdət yaratmaq yönündəki addımları
"Məşrutə" inqilabı (monarxın hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmış hakimiyyət quruluşu) dönəmində şiə mərcəi-təqlidləri sünni-şiə vəhdəti ilə bağlı bəyanat verdilər. Bəyanatda deyilirdi: "Görürük ki, beş müsəlman məzhəbi (aralarındakı dinin prinsiplərinə aid olmayan fikir ayrılıqları səbəbilə) müsəlman dövlətlərin tənəzzülünə, əcnəbilər tərəfindən istilaya məruz qalırlar. Dini ictimaiyyəti qorumaq, Məhəmməd (s) şəriətini müdafiə etmək məqsədilə cəfəri şiə məzhəbinin rəhbərləri mərcəi-təqlidlər və əhli-sünnə alimləri yekdil rəy qəbul etmiş, İslam ipindən yapışaraq bütün müsəlmanların İslamın əsasını qorumaq və müsəlman dövlətlərin xarici dövlətlərə bənzəməkdən, səlib yürüşlərindən qorumaq məqsədilə yekdil olmaq qərarını almışlar. Ümumilikdə bu fitva islamın əsasını qorumaq üçün nəzərdə tutulmuşdur və fitvanı verənlər bu yöndə bütün nüfuz və güclərindən istifadə edirlər". Ayəyullah Nurullah Nəcəfi İsfahani, Axund Xorasani, Seyid İsmayıl Sədr, Şeyx əş-Şəriə İsfahani, Şeyx Abdullah Mazandarani bu bəyanatı imzalamışlar.
İslam İnqilabından sonra Ayətullah Müntəzirinin təklifi və Ayətullah Xomeyninin tam himayəsi ilə sünni və şiələr arasında Peyğəmbərin (s) mövludu ilə bağlı bir həftəlik fərq "vəhdət həftəsi" adlandırıldı. Ayətullah Xomeyni dedi: "Biz əhli-sünnə müsəlmanlarla birik. Əgər kimsə biz müsəlmanların arasında təfriqəyə yol açacaq söz desə, bilsin ki, cahildir, yaxud müsəlmanlar arasına ixtilaf salmaq istəyənlərdir. Sünni və şiə məsələsi əsla yoxdur. Biz qardaşıq".
"İranlı və digər ölkələrdən olan şiə qardaşların müsəlmanların sıralarını böləcək cahilanə söhbətlərdən çəkinməsi zəruridir. Əhli-sünnə camaat namazların iştirak etmələri vacibdir. Evlərdə camaat namazları təşkil etmək, qeyri-adi hal kimi səsucaldanlardan istifadə etməmək vacibdir".
"Bu gün İmam Əli (ə) üzərindən ixtilafa düşmək islama xəyanətdir".
Həmin hərəkatın davamı olaraq Ayətullah Xamenei də (yalnız Məkkə və Mədinədə yox) əksəriyyətin əhli-sünnə olan bölgələrdə əhli-sünnə camaat namazlarında iştirak etməyi zəruri hesab edir. Bu istiqamətdə xalçaya səcdə, əlləri bağlamaq və məğrib namazını məğrib azanından öncə qılmağa da icazə verir. Şiə alimləri hətta şiələrin qətlini vacib hesab edən sünnilərə misli ilə qarşılıq verməyi icazəli hesab etmirlər.
Əhli-sünnə vəhdət yaratmaq yönündəki addımları
Əhli-sünnə də "hər kəsin namazı özü üçün düzgün olarsa, başqaları üçün də düzgündür" prinsipinə uyğun olaraq şiələrə iqtida etməyi icazəli hesab edirlər.
Bu mövzuda Misir müftisi Doktor Nəsr Fərid deyir: "Allaha imanı olan, şəhadətləri deyən, dinin zərurətlərini qəbul edən, islam rüknlərindən, namaz və onun şərtlərindən xəbərdar olan hər bir müsəlmanın başqası üçün və başqalarının onun üçün pişnamaz olması şərtlərə uyğun olduqda düzgündür. Əhli-beyt (ə) ardıcılları da bu qəbildəndirlər və şəriətin təməl prinsiplərində bir-birləri ilə fikir ayrılıqları yoxdur. Bu səbəbdən də biz Tehranda və Qumda onların arxasında namaz qılırdıq".
"Əl-Əzhər" müftisi Şeyx Şəltutə və bir çox başqa alimlərə görə, cəfəri fiqhinə təqlid etmək dörd əhli-sünnə məzhəbinə təqlidlə eyni və mötəbərdir.
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930