Həzrət Peyğəmbərin (s) İmam Zaman ağa (ə.f) haqqında buyurduqlarından
Müəllif: Admin
Tarix: 12-08-2020, 23:59
Həzrət Peyğəmbərin (s) İmam Zaman ağa (ə.f) haqqında buyurduqlarından

Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-beytdəndir. Allah onun işini bir gecədə islah edəcəkdir”.

Həzrət (s) buyurur: “Məhdi (ə) mənim sülaləmdəndir və Fatimənin (s.ə) övladlarındandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Biz yeddi nəfər Əbdulmüttəlibin övladlarından behişt əhlinin sərvərləriyik. Mən, Həmzə, Əli (ə), Cəfər, Həsən (ə), Hüseyn (ə), Məhdi (ə.f)”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allah bizimlə başlamış və bizimlə də xətm edəcəkdir. Bizim vasitəmizlədir ki, insanlar şirkdən nicat tapırlar. Bizim vasitəmizlədir ki, Allah insanların ürəkləri arasında ülfət icad etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzü zülm və düşmənçiliklə dolacaqdır və həqiqətən bizim Əhli-beytdən (ə) olan kişi qiyam edəcəkdir ki, yer üzünü ədalətlə doldursun. Necə ki, düşmənçilik və zülmlə dolmuşdur”.

Həzrət (s) buyurur: “Mənim Əhli-beytimdən (ə) bir kişi qiyam edəcəkdir ki, adı mənim adım kimidir və əxlaqı mənim əxlaqım kimidir. O, yer üzünü ədalətlə doldurar, necə ki, zülmlə dolmuşdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun bu ümmətə! Zalım padşahlar insanları öldürür və Allaha itaət edənləri qorxudurlar. Ona görə də imanlı və təqvalı insan dili ilə onlarla yola getməlidir. Ancaq qəlbində və əzaları ilə onlardan qaçmalıdır.

Əgər böyük Allah istəsə, İslamı əziz edər, hər bir inadçı zalımı məğlub edər. O, hər nəyə istəsə qadirdir və ümməti yolunu azdıqdan sonra islah edə bilər.

Ey Həzifə! Əgər dünyanın ömründən bir gün qalsa belə, Allah həmin bir günü o qədər uzun edər ki, mənim Əhli-beytimdən (ə) olan kişi hökumətə çatar və onun əli ilə qəribə hadisələr həyata keçər. Allah onun əli ilə İslamı qalib edər, vədəsinə vəfasızlıq etməz və O, tez hesab çəkəndir”.


Həzrət (s) buyurur: “Məhdi (ə) mənim övladlarımdandır ... Sağ üzündə xalı vardır ki, parlayan ulduza bənzəyir. Yer üzünü ədalətlə dolduracaqdır, necə ki, zülmlə dolmuş idi. Onun rəhbərliyi zamanında yer əhli, göy əhli, səma quşları ondan razı olacaqlar”.

Həzrət Peyğəmbər (s) Həzrət Fatiməyə (s.ə) buyurur: “Ey qızım! Məhdi (ə.f) sənin övladlarındandır”.

Həzrət (s) buyurur: “Məhdi (ə) qiyam edəcəkdir o halda ki, başının üstündə mələklər car çəkəcəklər: “Bu, Məhdidir və onun ardıcılı olun!””.

Həzrət Peyğəmbər (s) buyurur: “Məhərrəm ayında səma carçısı car çəkəcəkdir: “Agah olun ki, Allahın seçilmişi filankəsdir. Əmrlərinə qulaq asın və ona itaət edin. O ildə ki, müharibələr və fitnələr çox olar, həmin il səma səsinin ilidir””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930