İnsan ölən zaman ruhu nə halda olur?
Mьəllif: admin1
Tarix: 23-11-2021, 10:53
İnsan ölən zaman ruhu nə halda olur?
Quran ayəlrini və hədislərini tədqiq edən zaman bu nəticəyə gəlirik ki, insan öləndən sonra fani olub aradan getmir. Misal deyilən bir aləmdə yaşayır. Bu, elə bir qəlibdir ki, insan ruhu onun içində Qiyamətə qədər yaşayar. İnsan bu misali bədənlə bərzəx aləminə daxil olar. Ya əzabda olar, ya da nemətdə.

Bu bədənin çəkisi olmaz. Yuxu aləmi buna aydın misaldır. Bərzəx aləmini başa düşmək üçün yuxunun keyfiyyətinə diqqət etmək kifayətdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Yuxu – ölümün qardaşıdır. Elə ki, yatırsınız - ölürsünüz. Necə ki, ayılırsınız - zühur edirsiniz”.

Qurani-Kərimdə oxuyuruq: “Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə)tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir”. (“Zumər” 42).

İmam Kazım (ə) keçmiş ümmətlər haqqında buyurur: “Allah yuxu görməyi onların arasında qərar verir. Onlar peyğəmbərlərinin dedikləri qarşılığında ona deyirdilər ki, gələcəkdə ölümdən sonra baş verəcəklərə aid nümunə nişan versin.

Peyğəmbər də onların cavabında buyurur: “Allah iradə etmişdir yuxu vasitəsilə sizə sübut etsin ki, ruhlar ölən zaman yuxu görmək kimi bədəndən xaric olarlar. Yenə də Allahın iradəsi ilə Qiyamət günü bədənlərə qayıdar ki, İlahi cəzanı görsün””.

Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, bərzəx aləmindəki həyat, dünya həyatına bənzəyir. Bu dünyada bu bədənimizlə etdiklərimizi bərzəx aləmində misal bədəni ilə edə biləcəyik.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah insanın ruhunu qəbz edər, onun ruhunu bir qəlibdə qərar verər, dünya qəlibi kimi. Yeyər, içər və dünyadan təzə hər kim yanına gəlsə, onu dünyada olan siması kimi tanıyar”. Yəni, bərzəx simaları dünya simalarına bənzəyir.

İmam Sadiq (ə) buyurur: “Misal aləmində olan ruhlar cəsədlərinin xüsusiyyətinə malikdirlər. Behişt ağaclarının kənarında qərar tutarlar. Orada bir-birini tanıyarlar.

Bir-birinin halını soruşarlar. O zaman ki, bu ruhlara təzə ruh qoşular, ruhlar bir-birinə deyərlər ki, onu öz halına buraxın. Çünki o, böyük və əzəmətli qorxudan (ölümdən) xilas olmuşdur”.

Bəli, ayə və hədislərdən belə nəticə çıxartmaq olar ki, insan öləndən sonra dünya bədəninə bənzər bir bədənə malik olar. Lakin bu bədənin çəkisi olmaz, çünki maddi deyildir. İnsan bu bədəni ilə Qiyamətə qədər bərzəx və ya misal aləmində yaşayar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930