Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
Müəllif: Admin
Tarix: 14-07-2018, 09:58
Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
Bir çox ayələrdə Allahın iradəsi, bəndələrin izzət və zillətinin, ruzinin, bağışlanmağın, əzab və mükafatın səbəbi bəyan edilmişdir ki, sizin sualınızın əsasını təşkil edir.

Bundan başqa Allah təala digər ayələrdə isə hidayətin, izzətin, səadətin və ruzinin əldə edilməsi üçün təqva və ixlasla səy göstərməkdən aslı olduğunu bildirmişdir.

Bundan əlavə yaradılış qanunlarına, ağlın hökmünə və peyğəmbərlərin dəvətinə əsasən hər kəs səadət, xoşbəxtlik, izzət və zillət, ruzisini əldə etmək üçün etdiyi səy və təlaşda müxtar və azatdır. Başqa sözlə cənnəti alırlar, vermirlər. Bəs necə yuxarıdakı ayədə bütün bunlar Allaha aid edilir?

Bu iki qrup ayələr arasında ziddiyyət varmı? Bu iki qrup ayəni necə uyğunlaşdırmaq olar?

Suala cavab verməzdən öncə qeyd etmək lazımdır ki, bəzi hallarda belə anlaşılmazlığa düşməyin səbəbi Allahın iradəsini öz iradəmiz kimi təsəvvür etməyimizdir.

Bundan əlavə öz istək və iradəmizi onunla müqaisə edib, bənzədirik. Amma bu müqaisə səhv və əsassızdır. Çünki insanların istək və iradələri əsasən onların şəxsi və nəfsi əlaqə və amallarından qaynaqlanır ki, bir çox hallarda heç bir ağıl və məntiqə sığmır. Bəzi hallarda insanın istəkləri qeyri- əqlidir.

Amma Allahın istək və iradəsi hikmət və dəyişilməz ədalətli qanunlar əsasındadır. Belə ki, Allah bu dünyada inkişaf və qazanmaq üçün bir sıra səbəb və amillər yaratmışdır. Bu səbəblərin təsirlərindən istifadə həmin Allahın iradəsidir. Deməli Allahın iradəsi dedikdə Onun hikmətli və dəyişilməz sünnətlər əsasında hərəkəti başa düşülür.

Bu aydınlaşdırmalardan aydın olu ki, bəzi insanları mükafatlandırmada Allahın iradəsi ayrıseçkilik deyil və Onun adaləti ilə heç bir ziddiyyəti yoxdur. Bəlkə ədalətin özüdür. Çünki Allah şəxslərin izzət və zillətini, hidayət və yoldan azmasını, yoxsulluq və varlılğını Özünün iradəsinə aid etməsi, yaradılış aləminin və bütün nemət və qüdrətlərin əsl mənşəyinin Allah olması deməkdir.

Bütün izzət və xoşməxtçiliyi bəndələrini ixtiyarına qoyan Odur. Aləmdə qanunlar yaradan Odur. Əgər ona arxa çevirsək sonu zillətdir. Buna görə bütün bunları ona aid etmək olar. Lakin bu heç vaxt bəşəriyyətin iradə azadlıı ilə ziddiyyət təşkil etmir.

Çünki insan öz ixtiyar və azadlığı ilə bu gözəl qanun və nemətlərdən istifadə edir. [1] Yuxarıda qeyd edilən izahlardan sonra yenidən bu ayəni gözdən keçiririk. Allah təala bu ayədə belə buyurur: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Buna görə) Siz ürəyinizdə olanı zahirə çıxaranız da, çıxarmasanızda, Allah ona müvafiq sizinlə haqq- hesab çəkəcək. İstədiyini bağışlayar (layiq olan kəsi), istədiyinə (layiq olana) də əzab verər. Allah hər şeyə qadırdır.”[2]

Burada qeyd edilən “hər kəsi istərsə” cümləsi həmin hikmətli iradədir. Yəni, hər kəsi mükafata layiq bilərsə Öz rəhmətinin altına alır və əgər kimsə əzaba laiq olarsa ona qəzəb edir. Buna görə Allahın iradəsi hesabsız deyil və həmin insanın öz ləyaqətinə uyğundur. Hikmətli olan heç vaxt dəlilsiz iradə göstərmir və heabsız iş görmür.[3]

Buna görə İlahi iradəni İlahi əzab və rəhmət hesab edən ayələrlə İlahi rəhməti qazanmaq üçün ixlas və təqva ilə sy göstərməyi bəyan edən ayələr arasında heç bir ziddiyyət yoxdur. Bir- birlərini təsdiq edirlər. Çünki Allahın istəyi dedikdə. İlahi qanunlar və sünnətlərə əsasən hərəkət və Allahın qoyduğu səbəb və amillərin nəticə və təsirlərini əldə etmək deməkdir.

[1] - Məkarim Şirazi, təfsire nümunə, cild 2, səh 498, darul kitabil İslamiyyə nəşriyyatı, Tehran, 1374, birinci çap. Azacıq dəyişikliklə
[2] - Bəqərə surəsi, ayə 284.
«لِّلَّهِ مَا فىِ السَّمَاوَاتِ وَ مَا فىِ الْأَرْضِ وَ إِن تُبْدُواْ مَا فىِ أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَن يَشَاءُ وَ يُعَذِّبُ مَن يَشَاءُ وَ اللَّهُ عَلىَ‏ كُلّ‏ِ شىَ‏ْءٍ قَدِيرٌ»
[3] - Təfsire nümunə, cild 22, səh 92. Azacıq dəyişikliklə.



islamquest.net
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930