İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətlərindən
Müəllif: Admin
Tarix: 2-06-2020, 15:38
İmam Xomeyninin (r) müsəlman gənclərə nəsihətlərindən
İslam-islam deyən çox, əməl edən az!

1- Beş vaxt namazı vaxtında qılın, gecə namazı da qılmağa çalışın.

2- Vacibləri yerinə yetirib, haramlardan uzaq olun.

3- Bazar ertəsi və cümə axşamı günləri imkan həddində oruc tutmağa çalışın.

4- Çox yatmayın və Quranı-kərimi çox oxuyun.

5- Sözünüzün üstə durun və vədlərinizi yerinə yetirin.

6- Sadə və nümayişdən uzaq geymlər geyinin.

7- Yoxsullara kömək edib, hər gün sədəqə verməyə çalışın.

8- Çox xərc aparmış, dəbdəbəli məclislərə qatılmayın, özünüz də belə məclislər qurmayın.

9- Çox danışmayın, çox dua edin.

10- İnformasiyanızı artırın, dini diskussiyalara qatılın.

11- Etdiyiniz yaxşılıqları unudun və keçmiş günahlarınızı xatırlayın.

12- İdmana ciddi diqqət verin.

13- İslam ölkəsinin ehtiyac duya biləcəyi bütün elmləri öyrənməyə çalışın.

14- Hər baxımdan diqqətli və ayıq olun.

15- Quran qiraəti və təcvid qaydalarını öyrənin.

16- Günün tələbini öyrənin, aktual xəbərləri, xüsusilə də müsəlmanları maraqlandıran xəbərləri izləyin.

17- Maddiyatda yoxsulları, mənəviyyatda rəbbani alimləri örnək götürün.

18- Axşam yatmazdan əvvəl özünüzlə hesab çəkin, gün uzunu işləmiş olduğunuz günahlardan tövbə edin və gözəl işləriniz üçün şükür edin.

19- Alimlərlə rabitəni əsla kəsməyin, davamlı olaraq onların söhbətində iştirak edin.
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031