Fayda və ziyanından asılı olmayaraq, yalnız haqqı demək
Mьəllif: admin1
Tarix: 25-05-2020, 12:16
Fayda və ziyanından asılı olmayaraq, yalnız haqqı demək
İnsan həyatında ədalətə riayət etməli və başqalarının da ədalətli yaşamağını istəməlidir. Allahdan ayrı olan hər şey batildir.

İnsan həyatında müvəffəq olmaq üçün elə yaşamalıdır ki, dünya və axirət nəsibi olsun. Gərək ancaq haqq dairəsi ətrafında fırlansın. Şeytanın, dünyanın, nəfsinin, mal-dövlətin ətrafında fırlanmasın.

İnsanın daima haqqın tərəfində olması cəmiyyətdə İlahi qanunları hakim edər. Şirin və rifahları həyata quçaq açar. Belə olan halda hamı İlahi nemətlərdən bəhrələnə bilərlər.

Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların əməli salehləri o kəslərdir ki, ona faydalı və ziyanına olan şeylərdə haqqı desin”.

İmam Baqir (ə) buyurur: “Haqqı de, baxmayaraq ki, sənin ziyanına olsa belə”.

İmam Sadiq (ə) buyurur: “Üç nəfər Qiyamət günü Allah Təalaya yaxın insanlardır. Onlardan biri o insanlardır ki, ziyanına və faydasına olan şeylər haqqında haqqı desinlər”.

Həmçinin buyurur: “Həqiqətən, imanın həqiqətindəndir ki, haqq sənə ziyan versə də, batildən üstün biləsən. Baxmayaraq ki, (batil) sənə fayda verər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün cihad - zalım padşahın yanında haqqı deməkdir”.

Ona görə də həqiqi mömin o kəsdir ki, harada olursa-olsun və ya hansı şəraitdə olursa-olsun, haqqı deyər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930