İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
Mьəllif: admin1
Tarix: 5-07-2019, 10:47
İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur.

Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və övladı olmayan uşaqların başqa uşağın məsuliyyətini öhdəsinə götürməsini nəzərdə tutmaqla bəzi qanunlar qoymuşlar.

İslam dini insanın öz övladı ilə övladlğa götürdüyü övladın hüquq və vəzifələrindən müəyyən fərqlər nəzərə alır. Hətta, Qurani-Kərimdə bu mövzuya işarə edərək buyurur: “Allah-Taala sizin övladlığa götürdüyünüz övladları sizin həqiqi evladlarınız hesab etmir.”

Ona görə də övladlığa götürülmüş şəxsin ətrafındakı ailə üzvləri arasında əlaqələrin necə qurulması bəhsi ən mühüm məsələlərdən biridir. Onlardan məsələn, övladlığa götürülən şəxsin onu saxlayan qadın və kişi ilə necə məhrəm olması və sair məsələ onlardan biridir. Bu mövzunün həlli üçün müxtəlif yollar təklif olunmuşdur.

1.Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Bəlkə İslamda bu əməl təşfiq olunur və bəyənilir.

Ora qədər ki, İslam Peyğəmbəri (səlləllahu ələyi və alihi və səlləm) bir nəfər yetimin kəfalət və himayədarlığını öz öhdəsinə alan şəxs haqqında belə buyurur: “Belə bir şəxs, Behiştdə mənimlə bir yerdə olacaq.”[1]

2.Başqa ölkələrdə övladlığa götürülən uşağın ruhi cəhətdən tam ixtiyarı olmadığını nəzəra alaraq, belə uşaqların övladlığa götürülməsi haqqında xüsusi qanunlar və şərait vardırdır.

Məsələn, belə uşaqları o ailə götürə bilər ki, özlərinin uşaqları olmamamış olsun. Amma İslamda şəri baxımdan özlərinin uşaqları olan ailələr də başqa yetim uşaqları övladlığa götürə bilərlər.

3.Əlbəttə, İslam dini insanın öz övladı ilə övladlğa götürdüyü övladın hüquq və vəzifələrindən müəyyən fərqlər nəzərə alır. Hətta, Qurani-Kərimdə bu mövzuya işarə edərək buyurur: “Allah-Taala sizin övladlığa götürdüyünüz övladları sizin həqiqi evladlarınız hesab etmir.” [2]

Məsələ bundadır ki, cahiliyyət əsrində adət belə olurb ki, övladlığa götürdükləri bəzi uşaqları öz uşaqları kimi qələmə verir və onun ardınca hüquqi cəhətdən öz övladına aid olan hər bir şeyi onun da adına çıxırdılar.

Məsələn, belə övlad atalığından tam şəkildə irs aparır, atalığın belə övladın həyat yoldaşı və ya o övladlığın atalığının hayət yoldaşı ilə evlənməsinin əbədi haram olması hökmü onlara hakim olurdu. İslam dini belə məntiqsiz və xurafat adətləri cəmiyyətdə qəti olaraq inkar edir.

Hətta, iş o qədər mühüm olur ki, İslam Peyğəmğbərinin (səlləllahu ələyhi və alihi və səlləm) özü belə xurafatı aradan aparmaqdan ötrü övladlığa götürdüyü Zeyd ibn Harisin həyat yoldaşı ilə ona talaq verildikdən sonra evlənir.[3]

4.Övladlığa götürülən uşaq haqqında ən mühüm bəhslərdən biri də övladlığa götürülmüş şəxsin ətrafındakı ailə üzvləri arasında əlaqələrin necə qurulması bəhsi ən mühüm məsələlərdən biridir.

Onlardan məsələn, övladlığa götürülən şəxsin onu saxlayan qadın və kişi ilə necə məhrəm olması və sair məsələ onlardan biridir. Bu mövzunün həlli üçün bəzi İslam alimləri müxtəlif yollar təklif olunmuşdur:

A) Əgər uşaq, qız uşağı olsa, aşağadakı şəxslərin südündən müəyyən olunmuş şəratilə süd əmsə,[4] onunla kişi (atalığı) arasında məhrəmiyyət yaranacaq.

Süd verən şəxslər bunlardan biri olmalıdır: kişinin həyat yoldaşı (uşağın analığı), anası, bacısı, bacısı qızı, qardaşı arvadı, qardaşı qızı. Bütün bu hallarda övladlığa götürülmüş qız uşağı atalığa ilə süt cəhətdən məhrəm sayılır.

B) Əgər övladlığa götürülmüş qız uşağı südəmər olmasa yaxud, südəmər olsa da ona məhrəm olmaq üçün adları qeyd olunmuş şəxslərdən südəmərlik şəraiti olmasa, onunla atalığının atası və ya atalığının babası ilə müvəqqəti əqd oxunsun və bunula da məhrəmlik yaransın.

Belə olan halda, bu qız uşağı atalığının həyat yoldaşı sayılır. Amma, bir şeyə diqqət etmək lazımdır ki, əgər qız uşağı həddi buluğa çatmamış olmasa onların müvəqqəti əqdi şəri hamisinin izni ilə olmalıdır. Əgər qız uşağının yaxınları arasında şəri hamisi olmasa,bu halda bütün şəratiə malik müctehidin icazəsi olmalıdır.

Hər halda, məhrəmiyyət siğəsi qız uşağı üçün fəsada düçar olmağa gətirib çıxarmalı deyil. Onun gələcək məsləhətini nəzəra almaq lızımdır.

C) Əgər övladlığa götürülən uşaq südəmər oğlandırsa, adlarını çəkəcəyimiz şəxslərin birindən şəraitə uyğun olaraq, süd əmərsə onunla qadın (analığı) arasında məhrəmiyyət yaranar.

O şəxslər bunlardır; qadının (analığının) özü, ya anası, bacısı, bacısı qızı, qardaşının həyat yoldaşı, qardaşı qızı. Bütün bu hallarda, oğlan uşağının analığı ilə onun arasında süd məhrəmliyi yaranır.[5]

D) Əgər övladlığa götürülən oğlan uşağı südəmər olmasa və ya qeyd olunanlar arasında ona süd vermək şəraiti olmasa, əgər atalığın və analığın özlərinin qız evladları olarsa, övladlığa götürülən oğlan uşağını öz qızları ilə müfəqqəti və ya daimi əqdə gətirə bilərlər.

Belə olan halda, övladlığa götürülən uşağın analığı onun həyat yoldaşının anası sayılır və oğlanla qızın bir-birindən ayrıldığından sonra oğlan yenə də analığına məhrəm sayılır.

Yaxud, əgər övladlığa götürülən uşağın atası həyatda olarsa, uşağın atalığı öz həyat yoladşına təlaq verib, talaq iddəsi çıxdıqdan sonra övladlığa götürülmüş uşağın atası uşağın analığı ilə (cinsi əlaqədə olmamaq şərti ilə) müfəqqəti əqd bağlayır və əqd müddəti qürtardıqdan sonra keçmiş atalığ, öz keçmiş həyat yoldaşını öz əqdina gətirir.

Belə olan halda, övladlığa götürülmüş oğlan uşağı öz analığına məhrəm olur. Amma, analığın qızı uşağı övldalığa götürülmüş oğlan uşağına məhrəm olmur.[6]

Belə olmayan halda, övladlığa götürülmüş oğlan uşağına məhrəm olmaq yolu qalmır.[7]

5.Sonda bir məsələni də qeyd etmək lazımdır ki, baxmayaraq ki. Övladlığa götürülmüş uşaq fiqh və hüquqi cəhətdən insanın əsl övladı hesab olunmur amma, bela övladın saxlanılması və həmayət olunmasında əsl övladla onun arasında heç bir fərq qoyulmalı deyildir.

Əksinə, şəri və əxlaqi proqramlardan istifadə etməklə bu çətinliyi həll etmək lazımdır. Bu yollardan biri budur ki, övladlığa götürülmüş uşağın özünə başa salmaq lazımdır ki, o bu ailədə onların əsl evladları deyildir.

Əlbəttə bu məsələni elə açıqlamaq lazımdır ki, uşağın ruhiyyəsinə mənfi təsir qoymasın. Ən yaxşısı budur ki, bu məsələni uşağa açıqlamazdan əvvəl psixoloq bir həkimlə məşvərət olunsun.

[1] Humeyri, Abdullah ibn Cəfər, Qurbil İsnad, səh.9; hədis-315; Müəssiseyi Alul-beyt (əleyhimussalam) Qum, birinci çap, 1413 h.qəməri
[2] Əhzab surəsi -4
[3] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, c.17; səh.196; Darul-kutubul İslamiyyə nəşriyyatı, Tehran, birinci çap, 1374 şəmsi ili
[4] Mövzu: Şiə və sünnü aləmində süd verməyin və məhrəmliyin şəraiti, sual-2293
[5] Fazil Lənkərani, Məhəmməd, Cameul-məsail, c.1; səh.408; Əmir Qələm nəşriyyatı, qum, onbirinci çap, Bi Ta.
[6] Təbrizi, Cavad, Təzə suallar, c.1; səh.336; BiTa nəşriyyatı, Qum, birinci çap, BiTa, Məkarim Şirazi, Nasir, Əhkam Banuvan, səh.157; Mədrəsei İmam Əli ibn Əbi Talib (əleyhissalam) Qum, on birinci çap, 1428 h.qəməri ili
[7] Əhkam banuvan, səh.157
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930