Niyə Fəcr surəsini İmam Hüseynə (ə) təfsir edirlər?
![]() "Fəcr" surəsin İmam Hüseyn (ə) aid edirlər. Bunun səbəbi surənin axrında arxayın nəfsin ən bariz nümünəsi və tam daşıyıcısının İmam Hüseyn (ə) olmasıdır. İmam Sadiq (ə) öz səhabələrinə buyurur: Fəcr surəsini vacib və müstəhəbb namazlarınızda oxuyun ki, bu surə İmam Hüseynə (ə) məxsusdur. "Nəfsi- mütməinnə" (rahatlığıa yetişmiş arxayin nəfs) o Həzrət və onun şiələridir. İmam Hüseyn (ə) qaranlıqlardan doğan dan yeri kimi zülmətləri işıqlandırdı, onun və məsləkdaşlarının arxayın nəfsi və yerə tökülən qanı onları cənnətə qaytardı. İmam Sadiq (ə) buyurur: "الفجر هو القائم و ليال عشر الائمه من الحسن الي الحسن و الشفع اميرالمؤمنين و فاطمه ( ع ) و الوتر هو الله وحده لاشريك له " "Fəcr" (dan yeri) Həzrət Qaimdir (ə), "Ləyaliy əşr" İmam Həsəndən (ə) tutmuş İmam Əskəiryə (ə) kimi olan imamlardır. "Şəfi" Əmirəl- möminin (ə) və Fatimeyi – Zəhradır (s), "Vətr" isə Allahdr". Oxşar xəbərlər
|
|