Təkəbbür və təvazökarlığın əxlaqa təsirləri
Müəllif: admin1
Tarix: 20-10-2020, 21:12
Təkəbbür və təvazökarlığın əxlaqa təsirləri
Əxlaqın həm üstün və həm mənfi xüsusiyyətləri vardır. Məsəlin, təkəbbür - əxlaqın rəzil xüsusiyyətlərindəndir.

Təkəbbür Quranda müxtəlif cür zikr edilmişdir. Yəni, insan daxilində olan bir növ ağırlıqdır ki, haqqın bütün varlığı ilə aşkar olmasına imkan vermir.

Yəni, o zaman ki, haqq insana tərəf gələr, maneə olduğu üçün ondan üz döndərər. Başqa sözlə desək, haqq insan vücudunda özünə yer tapmaz. Bu xüsusiyyətin əksi isə təvazökarlıqdır.

Təvazökarlıq dedikdə isə, insan vücudunda olan asan və sadə bir hal nəzərdə tutulur ki, haqq bütün varlığı ilə insana tərəf gələr. Haqq görər ki, insan vücudunda özü üçün yer tapa bilir və ona görə də orada nur saçmağa başlayar.

O kəslərin ki, batinində təkəbbür vardır, onlar üçün hər bir iş ağır gələr. Həm namaz, həm oruc onlar üçün ağır əməllərdir. Onunla namaz və oruc arasında barışıq yaranmaz. Ancaq o kəslər ki, yüksək təvazökarlığa malikdirlər, namaz və orucla daima rabitə bağlayıblar.

Bu iki xüsusiyyət insan dünyaya gələndən sonra özünü büruzə verər.

Cəmiyyətin tərbiyəsini öhdəsinə götürmüş müəllimlər, ata və analar insan batinində olan bu ağırlığa əlac etməlidirlər. İnsan ruhunun yüngül və asan olmasına çalışmalıdırlar.

Həzrət Musa (ə) peyğımbər seçilməmişdən qabaq sarayda böyüdü və təkəbbürlü insanların arasında yaşadı. Allah ona görə də onu saraydan uzaqlaşdırır və Musa (ə) on il saraydan uzaqda çobanlıq edir.

Heyvanları otarır və qaçan qoyunları tapıb, qucağına alır və onlara nəvaziş göstərir. Allah öz peyğəmbərlərini elə bir fəzada yetişdirirdi ki, təvazökar və sadə olsunlar.

İlahi hökmləri qəbul edib, peyğəmbər olsunlar. İnsanlara dini elə çatdırsınlar ki, insanlar bu dini onun əxlaqında tapsınlar.

İslam Peyğəmbəri (s) də bir müddət çobanlıq etmişdir. Allah Peyğəmbəri (s) bir kəndə göndərib, orada çobanlıq etməyini iradə etmişdi. Kənddə yaşayan insanların çoxu təvazökar və sadə insanlar olur.

Quranda təvazökarlıq haqqında gələn ayələrə nəzər salanda görmək olur ki, bu xüsusiyyətin Allah yanındakı dəyəri çox böyükdür.

Allah Təala “İsra”, “Şüəra” və “Loğman” surəsində təvazökarlığa işarə etmişdir. Allah hər bir təkəbbürlü insanla öz rabitəsini kəsmişdir.

Təkəbbür - Allah nurunun qarşısını alan maneədir. Nurun qarşısını alan taxtaya bənzəyər. Gələn nur gəlib həmin taxtaya dəyər, ancaq içəri girə bilməz və geri qayıdar.

O zaman ki, Allah İblisə səcdə etməyi əmr etmişdi, İlahi əmr geri qayıtmışdı, çünki daxili bu əmri qəbul etmək qabiliyyətinə malik deyildi.

İmam Əlinin (ə) təvazökarlığı.

Kufə hakimi həmin şəhərə tərəf hərəkət edirdi. Yanında heç kim yox idi, ömrünün çox hissəsini Mədinədə keçirtmişdi. Kufə camaatı onu tanımırdı.

Yolda bir xristian görür və onun yükü qatırından yerə düşmüşdü. Yükünü qaldırıb qatırın üzərinə qoyur. Xristian soruşur ki, məgər siz Kufəyə getmirsiniz?

O, buyurur: “Mən Peyğəmbərin (s) şagirdiyəm. O, buyurmuşdu ki, o zaman ki, rəfiqinizlə yol gedirsiniz, onunla xudafizləşən zaman iki-üç addım gedib, onu yola salın”.

Xristian soruşur: “Adın nədir?”

O, buyurur: “Əli ibni Əbi Talib”.

Xristian təəcüblənir: “Əli mənim yükümü qaldırıb?”

İmam (ə) buyurur: “Əli hamının yükünü qaldırar, ancaq Əlinin yükü heç kimin çiynində olmaz”.

Həmin xristian İmam Əlnin (ə) bu sadəliyi və tavazökarlığı qarşısında təsirlənir və İslam dinini qəbul edib, müsəlman olur.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930