ÜZƏRRİYİN FAYDALARI VƏ TÜSTÜSÜNÜN TƏSİRİ
Mьəllif: admin1
Tarix: 2-03-2024, 10:45
ÜZƏRRİYİN FAYDALARI VƏ TÜSTÜSÜNÜN TƏSİRİ
«Səfinətul-bihar» kitabında Xatəmul-ənbiyanın (s) belə buyurduğu rəvayət olunur:

ما انبت الحرمل من شجرة و لا ورقة ولا ثمرة الا و ملک موکل بها حتی تصل إلی أو تصیر حطاما، و انّ فی حبّها الشفا ء من اثنین و سبعین داءً فتدا و وابها و با لکندر

«Bir üzərrik bitmir ki, birinin əlinə düşüncə, yaxud çürüyüncə onun hər bir buta, yarpaq və dənəsində bir mələk vəkil olmasın. Onun kökündə və budaqlarında bir sirr gizlənmişdir, dənəsində yetmiş iki dərdin şəfası vardır. Elə isə onunla buxur edin, özünüzü üzərriklə müalicə edin.»

Başqa bir rəvayətdə deyilir: «Peyğəmbərlərdən biri öz ümmətinin qorxaqlığından Allahın dərgahına şikayət etdi. Allah ona belə vəhy göndərdi:

مر امّتک بأ کل الحرمل

«Ümmətinə əmr et ki, üzərrik yesinlər.»

İmam Sadiq (ə) üzərriyin olduğu ev haqqında buyurub:

انّ الشیطان لیتنکّب سبعین داراً دون الدّار التی هو فیها، و هو شفاء مَن سبعین داءٍ اهونه الجذام فلا تغفلوا عنه

«Şeytan, üzərriyin olduğu evdən, yetmiş ev qədər uzaqlaşar. Üzərrik yetmiş dərdin dərmanıdır ki, onlardan ən kiçiyi cüzamdır. (Elə isə) Ondan xəbərsiz olmayın!».

Bu hədislərdə üzərriyin yeyilməsi və onun dərman bitkisi olduğu haqqında söhbət gedir. Tibb də bitkilərlə müalicə üsulunda onun təsirini söyləyir, xəstəliklər üçün ondan istifadə edir. Görəsən, üzərriyi tüstülətmək insanı bədnəzərdən qoruyur, yoxsa bu, xurafatdan qaynaqlanır?

Ayətullah Məkarim Şirazinin cavablandırdığı yeni «İstiftat»-da (xurafata aid olan məsələlər) bu sualın da cavabı deyilib:

Sual: Üzərriyi bədnəzərdən qorunmaq üçün yandırıb tüstülətməyin həqiqəti varmı?

Cavab: Həqiqəti yoxdur. Amma deyirlər ki, havanın çirkini təmizləyir və faydalıdır.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031