Təqvalı olmaq üçün nə edək
Mьəllif: admin1
Tarix: 4-08-2018, 22:09
Təqvalı olmaq üçün nə edək
Təqva - ərəbcə çəkinmək, uzaq durmaq mənasını verən vəqayə kökündəndir. Vəqayə bir şeyin onun üçün zərərli olan təhlükələrdən qorumaq deməkdir.

Təqva sahiblərinə ayə və hədislərdə müttəqi deyilir. Həzrət Əli (ə) müttəqilər haqqında belə buyurmuşdur: Müttəqilərin əməlləri pak, gözləri ağlar, qəlbləri isə Allahdan qorxandır.

Təqvalı olmaq ruhun, qəlbin sağlamlığıdır. Qəlbin sağlamlığı isə bir sıra əzaların (bədən üzvlərin) sağlamlığı ilə əlaqədardır. Göz, qulaq, dil, əl və ayaqlar, cinsiyyət əzaları bu əzaların cismi sağlamlığı deyil, mənəvi sağlamlığı nəzərdə tutulur.

Qeybət etmək və qeybətə qulaq asmaq, yalan, söyüş söymək, töhmət, məsxərə etmək, naməhrəmlə şəriətin bəyənmədiyi şəkildə münasibət qurmaq, hicabsızlıq, oğurluq, möminlərin arasını vurmaq, aq-valideyn olmaq, qətl və sair günahlar yuxarıda qeyd etdiyimiz bədən üzvlərinin, qəlbin mənəvi-ruhi xəstəliklərinin nəticəsidir.

Günahlardan uzaq durmaq və təqvalı olmaq üçün ən əvvəl Allaha və axirətə tam yəqinliyi ilə inanmaq lazımdır. Çünki yəqinlik olmadan insan çəkinmədən istədiyi əməli həyata keçirir. Və etdiyi günahlara görə, vicdan əzabı və qorxu hiss etmir.

Allahı tanımaq və Onu sevmək sözdə və əməldə tabe olmaq və imanın artması üçün yaradılış və Onda olan hikmətlər barəsində düşünmək, səmimi qəlbdən dua edərək Allahdan yardım diləmək, tövbə etmək və günahları tərk etməkdə iradəli olmaq lazımdır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930