İmam Hüseyn (ə) ziyarətiinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 22-10-2017, 21:17
İmam Hüseyn (ə) ziyarətiinin fəzilətləri
İmam Hüseynin(ə) qəbrini uzaqdan və yaxından ziyarət etməyin insan üçün böyük savabı və fəziləti vardır. Bu əməl İslamda böyük şərafətə malikdir.

İmam Hüseynin(ə) qəbrini ziyarət etməyin fəzilətləri barədə bir çox hədis və rəvayətlər vardır. Onlardan bir neçəsini möminlərinn nəzərinə çatdırıram.

قَالَ الصّادِقُ(ع): مَن اَتَ الْحُسَيْن عارِفاً بَحَقِّهِ كَتَبَ اللهُ فِى اَعْلَى عِلِّيِّينَ

İmam Sadiq(ə) buyurur: Hər kim İmam Hüseynin haqqını tanıdığı halda1 ziyarət edərsə Allah-təala onun adını Cənnətin ən yüksək dərəcəsində olanların siyahisinə yazar.

قَالَ الصّادِقُ(ع): مَنْ زار قَبْرَ الْحُسَيْن يَوْمَ عاشُورا عارِفاً بَحَقِّهِ كَمَنْ كَانَ زارَ اللهِ فِى عَرْشِهِ

Başqa bir hədisdə İmam Sadiq(ə) buyurur: Hər kim Aşura günü İmam Hüseynin(ə) qəbrini haqqını tanıdığı halda ziyarət edərsə, elə bil Allahı ərşində ziyarət etmişdir.

Cabir ibn Abdullah Ənsari Həzrət Peyğəmbərin ən yaxın səhabələrindən biri idi. Allah-təala ona uzun ömür vermişdir. O İmam Baqirin(ə) dövrünə qədər ömür sürmüşdü.

يا جابِرُ زُرْ قَبْرَ الْحُسَيْن فَإِنَّ كَرْبَلا قِطْعَةٌ مِنَ الْجَنَّةِ

Bir gün Həzrət Peyğəmbər ona buyurdu:

Ey Cabir Hüseynin qəbrini ziyarət et. Həqiqətən Kərbəla məkanı Cənnətin bir parçasıdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930