Həzrəti Peyğəmbərin (s) altı tövsiyəsi
Mьəllif: admin1
Tarix: 8-08-2021, 09:54
Həzrəti Peyğəmbərin (s) altı tövsiyəsi

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Imam Əli ibn Əbu Talibdən (ə) soruşdu: "Ya Əli! Hansını seçərsən: sənə altı yüz min baş sürü bağışlayım, altı yüz min dinar pul verim, yoxsa altı yüz min hikmətli kəlam öyrədim?".

Əli (ə) buyurdu: "Sonuncunu seçərəm, ey Allahın Rəsulu! Mənə altı yüz min hikmətli kəlam öyrət". Peyğəmbər buyurdu: "Mən altı yüz min kəlamı cəmi altı kəlamın içində toplayıb sənə deyirəm.

Əvvəla, o zaman ki gördün camaat öz üstünlüklərini (fəzilətlərini) sayıb öyünməklə məşğuldur, sən vacib olan ibadətləri yerinə yetirməklə məşğul ol.

Ikincisi, o zaman ki gördün camaat dünya işlərinə baş qarışdırır, sən axirət işləri ilə məşğul ol.

Üçüncüsü, o zaman ki gördün camaat başqalarının eybini deyib rişxənd etməklə məşğuldur, sən öz eyiblərinlə məşğul ol (yəni onları düzəltməyə çalış).

Dördüncüsü, o zaman ki gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini bəzəməklə məşğul ol.

Beşincisi, o zaman ki gördün camaat əməlin (ibadətin) sayını çoxaltmaqla məşğuldur, sən ibadəti ürəkdən, səmimiyyətlə yerinə yetirməklə məşğul ol.

Altıncısı, o zaman ki gördün camaat məxluqun (özündən güclü olanın) ətəyindən yapışır, sən Yaradana sığın".


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930