İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?
Mьəllif: admin1
Tarix: 11-08-2022, 17:59
İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?
İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?

İmam Zaman ağanın (ə.f) zühurunu tezləşdirə bilən amillərdən biri də İmam Hüseynin (ə) qanının intiqamını istəməkdir. Bu, elə bir işdir ki, Allahdan başqa heç kəs onun savabının qədərini bilməz. Çünki onun qanının intiqamını istəyən Allahdır.

Necə ki, ziyarətnamədə oxuyuruq: “Salam olsun sənə, ey o kəs ki, Allah qanının intiqamını istəyir və o kəsin oğlu ki, qanının intiqamını alan Allahdır”.

İmamın (ə) qanının intiqamını istəmək hər bir müsəlman üçün lazımlıdır. Çünki İmam Hüseyn (ə) hər bir möminin mənəvi atasıdır (Əba Abdullah olduğu üçün).

“Aşura” ziyarətində oxuyuruq: “Alllahdan istəyirəm ki, mənə elə bir gün inayət etsin ki, öz qanımın intiqamını hidayət İmamı (ə.f) ilə aşkar edim”. Hər bir mömin özünü İmamın (ə) qanının intiqamını alan kimi hesab etməlidir.

İntiqam almağın bir neçə növü vardır:

1. İntiqam sahibi güc və qüvvəyə, iqtidara malik olar və əlinin altında olanlara əmr edər ki, qatili öldürsünlər və bu yolla məzlumun qanının intiqamını alar.

2. Özü həmin qatili öldürsün. Allah bu iki yolla İmamın (ə) qanının intiqamını alar, çünki intiqam sahibi Özüdür.

Bir çox hədislərdə oxuyuruq ki, Allah Təala Həzrət Qaimə (ə.f) əmr edir ki, İmam Hüseynin (ə) qanının intiqamını alsın.

İmam Sadiq (ə) nəql edir ki, Allah Təala buyurub: “O kəs ki, məzlumu öldürülər, onun vəlisi üçün hakimiyyət qərar verərik ki, öldürməsində israf etməsin. O, Qaim (ə.f) Ali-Muhəmməddir (ə) ki, qiyam edəcək. Hüseyn ibn Əlinin (ə) qanının intiqamını alacaq. …”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031