Tasua günü niyə Həzrət Abbas (ə) xüsusilə xatırlanır?
Mьəllif: admin1
Tarix: 6-08-2022, 23:40
Tasua günü niyə Həzrət Abbas (ə) xüsusilə xatırlanır?
Tasua günü Məhərrəm ayının 9-cu günüdür ki, bizə Əbülfəzl Abbası xatırladır. Baxmayaraq o, Aşura günündə şəhid olmuşdur, lakin Abbasın aşiqləri ona Tasua günündən əza saxlayırlar. Çünki o, həmin günü elə bir dərs vermişdi ki, tarix boyu heç bir Əhli-beyt (ə) davamçısı onu unuda bilməz.

İmam Sadiq (ə) buyurur: "Tasua o gündür ki, Hüseyn (ə) və tərəfdaşları Kərbəlada mühasirə olundular. Şam ordusu onların ətrafında halqa yaratdı və onları mühasirəyə aldı. İbni Mərcanə (lən) və Ömər ibni Səd (lən) ordusunun sayının çox olmasına görə sevinmişdi.

Həmin günü Hüseyni (ə) və tərəfdaşlarını gücsüz adlandırmışdılar. Yəqin etmişdilər ki, heç kəs Hüseynin (ə) yardımına gəlməyəcəkdir. İraqlılar da ona yardım etməyəcəkdir. Atam o qəribə fəda olsun ki, onu gücsüz hesab etdilər".

Təbəri Tasua gününün əsri haqqında belə yazır: "Haris ibni Həsirə, Abdullah ibni Şərik Amiridən belə nəql edir: "Ömər ibni Səd (lən) car çəkdi: "Ey Allah ordusu! Atlarınıza minin və sizə müjdə olsun!".

Özü də insanlarla bir yerdə ata mindi. Əsr namazından sonra onlara (İmam Hüseyn (ə) ordusuna) tərəf hərəkət etdi. Hüseyn (ə) xeymənin qarşısında əyləşmişdi. Ayaqları ilə qılıncını halqaya almışdı.

Başını dizinə qoymuşdu ki, bacısı Zeynəb (s.ə) ordunun səsini eşitdi və qardaşına yaxınlaşıb dedi: "Ey mənim qardaşım! Siz də yaxınlaşan bu səsi eşidirsinizmi?".

İmam Hüseyn (ə) başını qaldırıb buyurdu: "Peyğəmbəri (s) yuxuda gördüm ki, mənə buyurur: "Sən bizə tərəf gəlirsən"".

Bacısı dedi: "Vay olsun mənə!".

Hüseyn (ə) buyurdu: "Bacı, Allahın rəhməti sənə olsun! Sakitləş!".

Abbas gəldi və dedi: "Ey qardaşım! Düşmən hərəkət etdi və bizə tərəf gəlir".

İmam (ə) ayağa qalxdı və buyurdu: "Ey Abbas! Ey qardaşım! Ata min və onlarla görüş. Soruş gör nə haldadırlar və nə olmuşdur? Niyə bizə tərəf gəlirlər?".

Abbas 20 atlı ilə bir yerdə onların qarşısına getdi. Züheyr ibni Qeyn və Həbib ibni Məzahir də orada idi.

Abbas düşmənə dedi: "Nə olmuşdur? Nə istəyirsiniz?". Dedilər: "Əmirin əmri gəlmişdir ki, sizə təklif edək, ya bizə boyun əyəsiniz, ya da sizinlə vuruşaq".

Abbas dedi: "Mən Əba Abdullahın (ə) yanından gələnə qədər tələsməyin. Dediklərinizi ona çatdırım".

Onlar dedilər: "Bu xəbəri ona çatdır və cavabını bizə ver".

Abbas tələsərək qardaşının yanına gəldi və qardaşına bu xəbəri verən zaman, İmam (ə) ona buyurdu: "Onlara tərəf qayıt və əgər bacarsan, onları qaytar və döyüşü sabah səhərə qədər təxirə sal. Bu gecə Allah üçün namaz qılaq və Onu çağıraq. Ondan bağışlanma istəyək. Çünki O, yaxşı bilir ki, mənim Onun üçün namaz qılmaqdan, Kitabını tilavət etməkdən, dua və bağışlanma istəməkdən çox xoşum gəlir".

Həzrət Abbas (ə) düşmənə tərəf qayıtdı və onlara dedi: "Ey insanlar! Əba Abdullah (ə) istəyir ki, bu gecə qayıdasınız və bu haqda düşünsün".

İmam Səccad (ə) nəql edir: "Ömər ibni Səd tərəfindən bizə bir elçi gəldi və elə dayandı ki, səsini eşidə bilək. O, dedi: "Biz sizə sabaha qədər möhlət veririk. Əgər təslim olsanız, sizi əmirimiz olan Ubeydullah ibni Ziyadın yanına aparacağıq. Əgər boyun qaçırtsanız, sizdən əl çəkməyəcəyik".

Beləliklə, İmam Hüseyn (ə) Tasua gününün əsrindən Aşura gününün səhərinə qədər möhlət alır. O, bu zamanda öz hədəfini aşkar etmək istəyirdi.

O, dini aradan apardıqlarını bəyan edəcək və zahirdə namaz qılmağın həqiqi din olmadığını hamıya aşkar edəcəkdi. Bəli, Aşura gecəsi İmamın (ə) Allahla sonuncu münacat gecəsi idi.

Tarixdə oxuyuruq: "Gecə gəlib çatdı və İmam Hüseyn (ə) bu gecəni rüku, səcdə, yalvarış və bağışlanma istəyərək keçirtdi. Tərəfdaşları o gecə arı zümzüməsinə bənzər zümzüməyə malik idilər".


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930