İMAM HÜSEYNƏ (Ə) ƏZA SAXLAYIB AĞLAMAĞIN SAVABI HAQDA HƏDİSLƏR
Mьəllif: admin1
Tarix: 21-07-2023, 22:38
İMAM HÜSEYNƏ (Ə) ƏZA SAXLAYIB AĞLAMAĞIN SAVABI HAQDA HƏDİSLƏR

İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:

1- Allahın Rəsulu (s) həzrəti Fatiməyə (s) buyurub: "Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt nemətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar." (Əl-Bihar, 44-cü cild, səh. 293)

2-İmam Sadiq (ə) buyurub: "İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur." (Bihar, 44-cü cild, səh. 280)

3- Şeyx Səduq İmam Sadiqdən (ə), o da öz atasından, atası da öz atasından belə nəql edir: "Bir gün İmam Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) yanına getdi və ona baxıb ağladı.

İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram. İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz."
(Nəfəsul-məhmum, səh. 484)

4-İmam Sadiq (ə) buyurub: "Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb." (Bihar, 44-cü cild, səh. 302)

5- İmam Sadiq (ə) buyurub: "O həzrət (İmam Hüseyn ələyhis-salam) ona ağlayan kəslərə baxıb, onun bağışlanmasını Allahdan istəyir və atası Əlidən (ə) da onun bağışlanmasını istəyir.

O həzrət onun üçün ağlayan şəxsə xitab olaraq deyir: Əgər bilsəydin ki, Allah sənin üçün nə mükafatlar hazırlayıb sevincin qəm-qüssədən daha çox olardı. Həqiqətən İmam Hüseyn (ə) ona ağlayanın bütün günah və xətalarının bağışlanmasını Allahdan istəyir."
(Bihar, 27-ci cild, səh. 300)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930