İmam Zamanın (ə.f) imzası olmadan insanların təqdiratı Uca Allah tərəfindən qəbul edilmir
Mьəllif: admin1
Tarix: 20-09-2015, 22:02
İmam Zamanın (ə.f) imzası olmadan insanların təqdiratı Uca Allah tərəfindən qəbul edilmir

İmam Zaman ağa (ə.f) öz davamçılarına həmişə rəhmət nəzəri salmış və onlara öz xüsusi inayətindən bəxş etmişdir. İmamın (ə.f) öz davamçılarına bəxş etdiyi inayətlərdən biri də ölüm zamanı fəryadına çatmaqdır. Hər bir insan ölüm anından vəhşətə gələr və qorxar. (Erfan)
Hədislərdə oxuyuruq ki, Musa ibni İmrana (ə) sual verilir ki, ölüm halı sənin üçün necə idi? Əzrayıl ona gözəl ətirli narıngi verir və Həzrət Musa (ə) onu iyləyən zaman canı bədənindən çıxır. Musa (ə) bu sualın cavabında buyurur: “Həyatda olan qoyun kimi idim ki, dərisini bədənindən çıxardırdılar ki, sonra doğrasınlar”.
İmam Musa ibni Cəfər (ə) öz münacatlarında dəfələrlə deyərdi: “Allahım! Səndən ölüm zamanı rahatlıq istəyirəm və hesab verən zaman böyüklüyünü istəyirəm”.
Bu, bir mərhələdir ki, insan bir aləmdən başqasına köç edər. Belə bir halda necə də yaxşı olardı ki, insanın fəryadına İmam Zaman (ə.f) çatsın və onu tək qoymasın. Çünki İmam (ə.f) öz davamçılarına həqiqi yolu göstərər və rəhmət qapısını üzlərinə açar. Bu zaman möminin üzündə təbəssümü müşahidə etmək olar. Hər bir müsəlman onun iştirakı ilə bu dünyaya vida deyər. Əgər itaət əhlidirsə, behiştə və əgər günah əhlidirsə, cəhənnəmə gedər və hər birinə İmam (ə.f) icazə verər. O, da cəddi Əmirəl-möminin (ə) kimi behişt əhli ilə cəhənnəm əhlini təyin edəndir.
Əmirəl-möminin (ə) Haris Həmədani ilə görüşən zaman ona buyurmuşdu: “Müjdə olsun sənə, ey Haris! Ölümün hər anında məni tanıyacaqsan. Siratdan keçən zaman, Kövsər hovzunun kənarında, paylaşma zamanı”. Haris soruşur: “Paylaşma nədir?”. İmam Əli (ə) buyurur: “Atəşin bölünməsi. Mən onu düzgün şəkildə böləcəyəm. Hər kəs bizim nəzərimizcə behiştə və cəhənnəmə gedəcəkdir. Öz əməllərinin nəticəsini görəcəkdir. Mən deyəcəyəm ki, bu insan bizim övliyalardandır, ona görə onu buraxın, behiştə gedəcəkdir. Ya bir başqası bizim düşmənlərdəndir və onu tutun və əzabını çatdırın”.
Qədr gecəsi insanların taleyinin həll olunduğu gecədir və bu gecədə İmamın (ə.f) imzası ilə hər bir müsəlmanın bir illik taleyi təqdir edilər.
İmam Sadiq (ə) Muhəmməd ibni İmrana buyurur: “Qədr gecəsində talelər imzalanmaq üçün və onu sona çatdırmaq üçün onun əlinə veriləcəkdir. O, onlara son imzanı qoyacaqdır. İllik talelər gələn ilin Qədr gecəsinə qədər sona çatacaqdır”. Muhəmməd soruşur ki, bəs son imzanı kim qoyacaqdır? İmam (ə) buyurur: “Sizin Sahib (Zamanınız). Və əgər o, olmazsa, həmin il insanların taleyi Allah tərəfindən qəbul olunmaz”.
Bu deyilənlərdən belə nəticə çxıartmaq olar ki, İmam Zaman ağanın (ə.f) bizdən razı olması həm taleyimizə və həm də ölüm zamanı və sonrakı hadisələrə çox təsir qoyar. Əgər İmam (ə.f) bizdən razı olarsa, Allah da bizdən razı olar. Bu, Allahın iradəsidir ki, əgər onun imzası olmazsa, talelər həyata keçməz. Ona görə də hədislərimiz bizə həmişə İmamın (ə.f) fərəci üçün dua etməyi tövsiyə edirlər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829