İnsan niyə tez ölür? Əcəlin növləri
Mьəllif: admin1
Tarix: 25-05-2020, 23:19
İnsan niyə tez ölür? Əcəlin növləri

Hər bir insanın həyatında inkarolunmaz bir həqiqət vardır ki, bu da ölümdür. Ölüm elə bir həqiqətdir ki, tez və ya gec insanın sorağına gələr.

Əcəl o zamandır ki, gəlməyi ilə insanın ölümü gerçəkləşir. Ölümün növləri vardır ki, onlara nəzər salaq.

Din alimlərinin nəzərinə görə? insan ruhu bədənindən iki cür xaric olar: təbii ölüm və hadisə ilə olan ölümlə.

Təbii ölüm bəzi insanların həyatında baş verir, insanların əksər hissəsi hadisə ilə ölürlər. Hansısa yol hadisəsi və ya xəstəlik kimi. Bu cür ölümü dində ixtirami ölüm adlandırırlar.

İxtirami ölümdə bədən nöqsanlı olduğu üçün ruh orada qala bilmir və ondan xaric olur. Ancaq təbii ölümdə ruhun kamilliyi son həddinə çatır və ona görə də bədən artıq onunla birlikdə ola bilmir.

Bədənlə ruh arasına ayrılıq düşür və ölüm həyata keçir. Yetişmiş bir meyvəyə bənzəyir ki, bir əl dəyməklə yerə düşür.

Ruhun təbiəti belədir ki, əslində təbii ölümlə bu dünyadan getməlidir, ancaq çox əksər hallarda ruh təkamülünə çatmazdan əvvəl,bədən nöqsanlı olduğu üçün, onu tərk etməli olur.

Əcəlin də növləri vardır. Qəti olan əcəl və asılı olan əcəl. Qəti olan əcəl qəza və qədər nəticəsində həyata keçər və onun zaman və məkanını dəyişdirmək mümkün deyildir.

Bu əcəl əgər kiminsə üçün gəlib çatıbdırsa, o, heç gözləmədən ölər. Ancaq asılı olan əcəl müxtəlif şərtlərdən asılı olaraq həyata keçər.

Onun baş verməsinin dəlili, səbəblərin kamil olmamasıdır. Dini maarifə görə ölümlərin əksər hissəsi asılı ölümlə baş verir, qəti deyil.

Hər bir canlının ölüm zamanı Lövhi-Məhfuzda qeyd edilmişdir. Lakin həmin qəti əcəlin vaxtı çatmamış insanlar asılı əcəllərin vasitəsilə ölürlər.

Asılı əcəl o ölümdür ki, ya ölümün zamanını təxirə salar, ya da qabağa atar. Hədislərimiz buyurur ki, insanların bir çoxu günaha və sileyi-rəhmi tərk etdiklərinə görə asılı əcəllə ölürlər.

Dinimizdə ömrü uzatmaq üçün bəzi təlimlər vardır ki, onlardan sileyi-rəhmi, günahı tərk etməyi, yetimlərin əlindən tutmağı, yoxsullara yardım etməyi misal göstərmək olar.

Ona görə də deyə bilərik ki, bir baxışda hər kəsin ölümü sabit və müəyyən olunsa da, ancaq bəzi əməllərlə onu uzatmaq və ya qısaltmaq olur.

Adətən əcəl ilə ölüm arasında rabitə vardır və əgər insanın qəti əcəli gəlib çatıbdırsa, o, təbii ölümlə ölər. Yəni ruhu təkamül etdikdən sonra ölər.

Ancaq asılı əcəl ani gəlib çatarsa, adətən ixtirami ölümə səbəb olar. İxtirami ölüm də bizim əməllərimizdən asılıdır.

Məsumların (ə) buyurduğu kimi, insanın ölümü adətən günahlarına görə tez gəlib çatar. Ona görə də gərək əməllərimizə diqqət edək ki, ixtirami ölümə və asılı əcələ düçar olmayaq.

Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031