Təqvimlər və Hicri təqvimini miladi təqviminə çevirmə üsulunu bilirsinizmi?
Müəllif: Admin
Tarix: 18-04-2018, 06:21
Təqvimlər və Hicri təqvimini miladi təqviminə çevirmə üsulunu bilirsinizmi?
Hicri qəməri təqvimi

Hicri qəməri təqvimi Həzrət Muhəmmədin (s) Məkkədən Mədinəyə hicrət etməsi ilə başlanan tarix sistemidir. Hicri təqvimi özlüyündə: hicri qəməri və hicri şəmsi təqvimlərinə bölünür.

Belə ki, Həzrət Muhəmməd (s) Mədinəyə hicrət etmək məqsədilə Məkkədən ayrılır. Dörd gün Sur mağarasında qaldıqdan sonra miladi təqvimi ilə 622-ci ildə Quba adlanan kəndə çatır və burada ilk məscidi inşa edirlər. Burada dörd gün qaldıqdan sonra Rəbiüləvvəl ayının on ikisi Mədinəyə doğru hərəkət edirlər. Beləliklə, 20 sentyabr 622-ci il müsəlman tarixinin başlanğıcı günü elan olunur.

Yerin Günəş ətrafında dövr etməsi ilə hesablanan tarix isə «hicri şəmsi» adlanır. İslamiyyətdən əvvəl hər bir tarix həmin ildə baş verən mühüm hadisələrlə yadda qalardı. Fil əhvalatı (Həzrət Muhəmmədin (s) dünyaya gəldiyi il) isə ən son təqvim başlanğıcı olaraq qəbul edilmişdi.

Qəməri təqviminin ayları bunlardır: məhərrəm, səfər, rəbiüləvvəl, rəbiülaxır, cəmadiül əvvəl, cəmadiül axır, rəcəb, şaban, ramazan, şəvval, zilqədə, zülhiccə.

Miladi təqvimində olduğu kimi, hicri təqvimində də artıq illər mövcuddur. Belə ki, 30 ildə 11 günlük geriləmə müşahidə olunur. Bu geriləməni düzəltmək üçün 2, 5, 7, 10, 13, 15, 18, 21, 24, 26 və 29-cu illər 355 gün, digər illər isə 354 gün hesablanır. Ayın Yer ətrafına 12 dəfə dövr etdiyi zaman bir qəməri təqvimi başa çatmış olur - 354, 367 gün (354 gün, 8 saat, 48 dəqiqə, 34,68 saniyə). Yerin Günəş ətrafına bir dəfə dövr etməsi ilə bir miladi ili sona çatmış olur - 365, 2422 gün. Hicri ili miladi ilindən (365,2422-354, 367 =10, 8752) daha qısa olduğu üçün aylar 29, bəzən də 30 gündən ibarət olur.

Miladi təqvimi

Miladi təqvimi hazırda beynəlmiləl təqvim olaraq istifadə olunan Rum təqviminə əsaslanır. Miladi təqvimi də bu günümüzə qədər bir sıra dəyişikliklərə məruz qalmışdır. Başlanğıcda bir ildə aylardan dördü 31, altısı 30 gün olan bu təqvim 10 ay 304 gündən ibarət olmuşdur.

Miladdan əvvəl VII yüzillikdə Roma imperatoru Numa Pompilusun zamanında Ayın Yerin ətrafına dövr etməsi və ayların təzə ayın doğması ilə başlanan 12 ay 354 günlük təqvimə keçilir. Bu təqvim sistemində mövsümlər arasındakı uyğunsuzluqları nizamlamaq üçün iki ildə bir dəfə - 22 fevral 23 fevral arasına 22 (artıq illərdə isə 23) günlük Mercedeniyus adlı 13-cü ay əlavə olunardı.

Beləliklə, adi halda bir il 365, artıq illərdə isə 366 gün olardı. Mövsümlər arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün həmin ay 33 və 34 günlük noyabr və dekabr aylarının arasına salınır.

Eramızdan əvvəl 45-ci ildə Roma imperatoru Yuli Sezar İskəndəriyyə astronomu Sosigenesin tövsiyəsi ilə dünyanın Günəşin ətrafına dövr etməsinə əsaslanan 365, 25 günlük təqvim sistemini daha münasib hesab etmiş və dördə bölünən artıq illər 366, digərləri isə 365 gündən ibarət olan yeni təqvimi qəbul edir. Onun de-kabr ayı ilə başlanan yeni təqvimin 7 ayı 31 gün , 4 ayı 30 gün 1 ayı isə 28 (29) gündən ibarət idi.

Qriqorian təqvimi

Bu il 365, 2422 gün olduğu halda, Yuliyan təqvimində bir gün alındığı, həmçinin təqvimdən 0,0078 gün qısa olduğu, eləcə də 400 ildə 3 gün geri qaldığından1582-ci ildə XII Papa Qriqoris Yulian təqvimində aşağıdakı islahatları aparır:

1. Miladi təqvimi ilə 325-ci ildə təşkil olunan toplantıda 1582-ci ilə qədər 1257 il içərisində Yulian təqvimi ardıcıl olaraq10 gün geri qaldığından 4 oktyabr günündən sonra gələn 5 oktyabr deyil, 15 oktyabr olaraq qəbul edilsin.

2.Son iki rəqəmi «00» olan illərdən 400-ə tam bölünən illər (1600, 2000 və s.) artıq il, 400-ə bölünməyən və son iki rəqəmi «00» olan illər isə normal illər qəbul edilsin.

3. Həzrət İsanın (ə) doğum günü tarixin başlanğıcı təyin edilsin.

Qriqorian təqviminə görə, bir il orta hesabla 365,2425 gündür.

Rum təqvimi

Miladi 1840-hicri 1256 ilinə qədər Həzrət Muhəmmədin (s) Məkkədən Mədinəyə hicrətinin başlanğıcı qəbul edən və Ayın Yerin ətrafına dövr etməsini əsas gətirərək, 354,367 günlük qəməri təqvimi sistemi üzərinə miladi 1840-hicri 1256 ilindən etibarən və Yerin Günəşin ətrafına dövr etməsi əsas gətirilən 365,2422 günlük şəmsi təqvimi sistemi üzərində qurulan qarışıq təqvim sistemidir.

Hicri təqvimini miladi təqviminə çevirmə üsulu:

Hicri təqvimi 33-ə bölünür.

Məsələn: 1420:30=43,03 (=43) (A ədədi);

A ədədini hicri ilindən çıxın: 1420-43=1377 (B ədədi);

Sonra B ədədini 622 ilə toplayın: 1377+622=1999.

Miladi təqvimini hicri təqviminə çevirmə üsulu

Miladi ilindən 621 rəqəmini çıxın: 1999-621=1378 (A ədədi);

A ədədini 33-ə bölün: 1378:33=41,75 (=42) (B ədədi);

Sonra A ədədini B ədədi ilə toplayın: 1378+42=1420.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031