“Əgər bir kəsdə bu 2 xüsusiyyət olsa, onunla dostluq et...”
Mьəllif: admin1
Tarix: 22-09-2019, 10:35
“Əgər bir kəsdə bu 2 xüsusiyyət olsa, onunla dostluq et...”
İmam Sadiq (ə) buyurur: "Əgər bu iki xüsusiyyət bir nəfərdə olsa, onunla dostluq et, əks halda ondan uzaq ol, uzaq ol!”.

İmamdan (ə) soruşurlar ki, bu iki xüsusiyyət nədir?

İmam (ə) buyurur: 1. Namazı əvvəl vaxtında qılmaq və onu davamlı etmək. 2. Başqaları ilə həmdərd olmaq”.

Hədislərin bir çoxunda namazı əvvəl vaxtda qılmağın bir çox fəzilətləri bəyan edilmişdir. O cümlədən: aqibəti xeyirli edər, müşkilləri həll edər, hacətləri yerinə yetər, rahat can verər, dərd və qəmi aradan gedər, cəhənnəm atəşindən nicat tapar...

Hədislərdə oxuyuruq ki, o kəs ki, namazı əvvəl vaxtda qılmaz, Həzrət Peyğəmbərin (s) şəfaətinə nail olmaz.

Hüccətil-İslam Seyyid Abbas Hüseyni deyir: "Məşhəddə Hacı Şeyx Hüseynəli Noxudəki İsfəhaninin xidmətinə getdim və soruşdum ki, xeyirli aqibət və ruzinin artması üçün nə etməliyəm?

Buyurdu: "Əvvəl vaxtda qılınan namaz, əvvəl vaxtda qılınan namaz, əvvəl vaxtda qılınan namaz”.

Həzrət Əli (ə) tövsiyə edir: "Namazı təyin edilmiş vaxtında yerinə yetir. Namazdan ayrılmağa görə tələsmə. İşlərini görmək üçün onu təxirə salma. Bil ki, sənin bütün əməllərin namazından asılıdır”.

İmam Zaman ağa (ə.f) buyurur: "Məlundur o kəs ki, sübh namazını təxirə salar, o zamana qədər ki, ulduzlar məhv olar”.

Başqa yerdə buyurur: "Məlundur, məlundur o kəs ki, məğrib namazını təxirə salar, o zamana qədər ki, ulduzlar görünər”.

Beləliklə İmam Sadiq (ə) bizə belə bir tövsiyə verir ki, dostun gərək namazını əvvəli vaxtda qılsın və bu işinə davamlı şəkildə riayət etsin.

İkinci xüsusiyyəti isə başqalarına qarşı laqeyd olmamasıdır. Çətinliyə düşənə yardım etsin və ona həmdərd olsun. Əgər belə bir insanı tanıyırsansa, deməli onunla dost olmaq olar.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930