Allah xofundan tökülən göz damcısı atəş dənizini söndürər – göz yaşı tökməyin 11 bərəkəti
Mьəllif: admin1
Tarix: 10-05-2020, 19:09
Allah xofundan tökülən göz damcısı atəş dənizini söndürər – göz yaşı tökməyin 11 bərəkəti

Ağlamaq da gülmək kimi İlahi nemətlərdən biridir ki, insana əta edilmişdir. İmam Əli (ə) buyurur:"Gözlərin ağlaması və qəlblərin qorxusu - İlahi rəhmətdən qaynaqlanar. Nə zaman elə olsanız, dua etməyi qənimət bilin”.

Ağlamaq – daxili düşmənlə vuruş üçün edilən sərmayədir. İlahi rəhmət qarşısında insanın nə qədər zəlil olduğunun nişanəsidir. İnsanın nə qədər ehtiyaclı olduğunun əlamətidir. Bu mübarək halətdən iyaranan göz yaşlarının gətirdiyi bərəkətləri tanıyaq:

1. Allaha yaxınlaşmaq. İmam Sadiq (ə) buyurur: "Allah Təala Həzrət Musaya (ə) buyurur: "Həqiqətən Mənim bəndələrim Mənim yanımda sevimli olan üç sifətlə Mənə yaxın olarlar”. Həzrət Musa (ə) soruşur ki, bu sifətlər hansıdır? Allah buyurur ki, onlardan biri - Mənim qorxumdan ağlamaqdır”.

2. Ümmətə rəhmətin cəlb olması. İmam Sadiq (ə) buyurur: "Əgər ümmətin arasında bir nəfər ağlar olarsa, onların hamısı rəhmətə şamil olarlar”.

3. İlahi sevginin cəlb olması. İmam Baqir (ə) buyurur: "Allah Təala yanında heç bir göz yaşı, gecənin qaranlığında Allah qorxusundan tökülən və Allahdan savayı heç bir səbəbi olmayan göz yaşı qədər sevimli deyildir”.

4. Gözlər sağlam olar. Həkimlərin nəzərinə görə göz yaşı gözləri yuyar və onu mikrobdan təmizləyər. Həmçinin burun yollarını da yuyar və iltihabdan qoruyar.

İnsan ağlayan zaman qəlb xəstəliklərindən və mədə yarası kimi ağır xəstəliklərdən amanda olar. Mütəxəssislərin nəzərinə görə, ağlamaq insan üçün zəruridir, çünki həm təskinlik verər və həm də sağlam saxlayar.

5. Qəlbin nuraniyyətidir. İmam Əli (ə) buyurur: "Allah qorxusundan ağlamaq – qəlbi aydınladar və günaha qayıtmaqdan saxlayar”.

6. Günahların pak olmasına səbəb olar. İmam Əli (ə) buyurur: "Allah qorxusundan ağlamaq vasitəsilə günahlar pak olar”.

7. Qiyamət günü ağlamaz. İmam Sadiq (ə) buyurur: "Hər bir göz Qiyamət günü ağlardır, 3 gözdən başqa: O göz ki, Allahın haram etdiklərinə göz yummuşdur, o göz ki, Allaha itaət yolunda oyaq qalmışdır, o göz ki, gecənin qaranlığında Allah qorxusundan ağlamışdır”.

8. Bədənin başqa üzvlərinin əzabını dəf edər. İmam Sadiq (ə) buyurur: "Elə bir göz yoxdur ki, Allah qorxusundan ağlasın, məgər o halda ki, Allah bədəninin başqa üzvlərini atəşə haram etsin”.

9. Cəhənnəmdən uzaq olmaq. İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin çəkisi və ölçüsü vardır. Məgər bir damcı göz yaşının ki, atəş dənizlərini söndürər. Çünki göz yaşı tökən zaman, Allah onu cəhənnəm atəşinə haram edər”.

10. Behişt. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin gözü Allah qorxusundan göz yaşı tökər, onun hər damcısı qarşılığında behiştdə saray hazırlanar. Bu saray mirvari və gövhərlə bəzənər. Bu sarayda elə şeylər vardır ki, heç bir göz görməmiş və heç bir qulaq eşitməmişdir. Heç bir bəşərin qəlbinə nüfuz etməmişdir”.

11.Rizvan. İmam Baqir (ə) buyurur: "Həzrət İbrahim (ə) buyurur: "Allahım! Sənin qorxundan üzünü göz yaşı ilə islatmış bəndənin mükafatı nədir?”. Allah Təala buyurur: "Mükafatı – bağışlanma və Qiyamət günü Mənim rizvanımdır””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930