Sualı yaxşı qarşılamaq lazımdır!
Mьəllif: admin1
Tarix: 26-08-2015, 10:19
Sualı yaxşı qarşılamaq lazımdır!

Elmə əsaslanan təşkilat sual doğuran, sual yaradan olmalıdır. Elmi mövzu ortaya qoyulduqda sual ortaya qoyulur. Sualı yaxşı qarşılamaq lazımdır. Necə ki, bizim dəyərli sələflərimizin elmi ənənəsində bu mövcud olmuşdur. Siz baxın, fiqhdə elmi çəkişmələr çoxdur, bəzən sərt sözlər də deyilir. Məsələn Hədaiq kitabının mərhum müəllifi Mədarik kitabının müəllifinə qarşı bəzən sərt sözlər işlədir. Qarşılıqlı olaraq Cəvahir kitabının mərhum müəllifi Hədaiq kitabının müəllifinə qarşı bəzi yerlərdə çox sərt sözlər deyir. Əvvəllər də belə olmuşdur. Mərhum Əllamə Müxtəlif kitabının çox yerində İbn İdrisə qəribə şəkildə hücum edir və çox kəskin fikir bildirir. Öz növbəsində İbn İdris Şeyx Tusi ilə eyni tərzdə rəftar etmişdir. Bu normaldır, eybi yoxdur, amma elm sahəsində. Əgər İbn İdris sağ olsaydı, əllamə onun arxasında namaz qılar, əlini də öpərdi. Əgər Mədarik kitabının müəllifi olan seyid sağ olsaydı, Hədaiqin müəllifi və digərləri onun arxasında namaz qılar, əlini də öpərdilər. Bunda şübhə yoxdur. Amma elmi məsələdə bir-biri ilə toqquşurlar. Bunun eybi yoxdur.
Bu toqquşmaların mənası odur ki, sual vermək, irad bildirmək, şübhə irəli sürmək, yeni məsələ və yeni üslub ortaya qoymaq eyib deyil. Əgər deyilən məsələ səhvdirsə, elmi üsulla rədd etmək lazımdır. Yəni elmi səhvlə üzləşdikdə ona göz yummaq olmaz. Kimsə elmi cəhətdən səhv etmişsə, göz yummaq və hörmətini saxlayıb bir söz deməmək düzgün deyil. Xeyr, elmi məsələlərdə belə bir şey yoxdur. Elmi yolla qarşısına çıxmaq lazımdır, amma sualın önünü kəsmək olmaz. Hövzə sualı kəsməməlidir. Sualı kəsmək elmi kəsməklə nəticələnir. Sualın yolunu bağlamaq olmaz.

Ayətullah Xamenei

Vilayet.nur-az.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930