Həzrət Məhdinin (ə.f) zühurunun qəti əlamətlərini tanıyaq
Müəllif: Admin
Tarix: 21-08-2015, 09:42
Həzrət Məhdinin (ə.f) zühurunun qəti əlamətlərini tanıyaq

İmam Zaman ağanın (ə.f) zühurunun əlamətləri iki cürdür: qəti əlamətlər və qəti olmayan əlamətlər. Qəti olmayan əlamətlərin sayı daha çoxdur. Ancaq qəti olan əlamətləri tanıyaq:
1. Süfyaninin qiyamı. Zühurdan əvvəl Şamda Əbu Süfyanın nəslindən olan bir nəfər dindarlıq adı altında çox sayda müsəlmanı aldadacaq və öz ətrafına toplayacaqdır. İslam ölkələrinin çox hissəsini zəbt edəcəkdir. Kufə və Nəcəfdə Əhli-beyt (ə) davamçılarının qətliamını həyata keçirəcəkdir. Onları öldürmək və tapmaq üçün mükafat təyin edəcəkdir. O zaman ki, İmamın (ə.f) zühuru xəbərini alar, onunla döyüşmək üçün hərəkət edər. Bəyda adlanan yerdə İmamın (ə.f) ordusuna çatmaq istəyəndə Allahın izni ilə yerə batar.

2. Bəydada torpağın batması. Bəyda – Məkkə ilə Mədinə arasında olan yerin adıdır. Bu yerdə Süfyaninin ordusu yerə batacaqdır.

3. Yəməninin qiyamı. Yəməndən olan bir sərkərdə qiyam edəcəkdir. İnsanları haqqa və ədalətə dəvət edəcəkdir. İmam Sadiq (ə) buyurur: “Üç qiyam: Süfyaninin, Xorasaninin və Yəməninin qiyamı bir ildə, bir ayda və bir gündə olacaqdır. Heç bayraq Yəmən bayrağı qədər haqq və ədalətə dəvət etməyəcəkdir”.

4. Zəkiyyə nəfsin qətli. Pak və günahsız olan bu insan İmam Həsən Müctəbanın (ə) nəslindəndir və İmamın (ə.f) zühuru üçün mübarizə aparan zaman məzlumcasına qətlə yetiriləcəkdir. İmam Baqir (ə) buyurur: “Məhdinin (ə) zühuru ilə zəkiyyə nəfsin qətl edilməsi arasında 15 gecədən çox fasilə yoxdur”.

5. Səma bağırtısı. İmam Zaman ağanın (ə) zühuru astanasında səmadan bağırtı səsi eşidiləcəkdir. Bütün insanlar onu eşidəcəklər. Əvvəl qorxulu bir səs gələcəkdir və hamının diqqətini özünə cəlb edəcəkdir. Ondan sonra daha qorxulu bir səs eşidiləcəkdir ki, insanların qəlbini vahiməyə salacaqdır. Ondan sonra səmadan edilən səs insanları Həzrət Məhdiyə (ə.f) tərəf çağıracaqdır. İmam Baqir (ə) buyurur:“Səmadan car çəkən Qaimin (ə.f) adını nida edəcəkdir. Hər kim şərqdə və qərbdə olar – onu eşidər və bu səsin dəhşətindən yatanlar oyanar, ayaq üstə olanlar əyləşər və əyləşənlər iki ayaqları üstə qalxarlar. Allahın rəhməti olsun o kəsə ki, bu səsdən ibrət götürər və bu nidaya cavab verər. İlk səs Cəbrayil Əminin (ə) səsidir. Bu səs Ramazan ayının 23-cü gecəsində olacaqdır. Bunda heç bir şəkk etməyin. Eşidin və itaət edin”.

Günün sonunda isə şeytan fəryad çəkib deyər ki, filankəs məzlum ölmüşdür. Bu yolla insanları aldarmaq istəyər. Amma alınmaz. İmam Sadiq (ə) buyurur: “...Bu zaman batilə inananlar şəkkə düşəcəklər. Nə zaman səma carçısı deyər ki, haqq Muhəmməd (s) övladındadır, bu zaman Məhdinin (ə) zühuru dillərə düşər. Belə ki, ondan qeyrisini yada salmazlar”.

6. Dəccalın qiyamı. Dəccal o kəsdir ki, İmamın (ə.f) zühurundan əvvəl meydana çıxar. Qəribə əməllər görərək ,insanları aldadar və nəhayət İsa Məsihin (ə) əli ilə Şamda məhv edilər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930