İmam Zamanı (ə.f) necə tanımaq olar? Necə edək ki, cahiliyyət dövründə ölənlər kimi dünyadan getməyək?
Mьəllif: admin1
Tarix: 15-08-2015, 10:13
İmam Zamanı (ə.f) necə tanımaq olar? Necə edək ki, cahiliyyət dövründə ölənlər kimi dünyadan getməyək?

İmamşünasliğın mərtəbələri...

Tanımağın dərəcə, mərtəbə və mərhələləri vardır. Onun ən aşağı və ilkin mərtəbəsi insanı cahiliyyət dövrünün ölümündən xilas edə bilər. O ən aşağı mərhələ imamın ad və soyunu bilməkdən ibarətdir. Bu kimlik və ya şəxsiyyət vəsiqəsi sayağı tanımaqdır.

İkinci mərhələ budur ki, imamın vacibul - itaət (itaəti vacib, göstərişləri sözsüz əməl edilən) olmasını bilmək, təsdiq və qəbul etməkdir. Buna iman da gətirməlidir. Onun Allahın yer üzərində höccəti olmasına etiqad da bəsləməlidir. Onun bütün dediklərini vacib sanmalıdır. Bu qədər tanımaq da ilkin mərhələlərə aiddir.

Bundan artığına gəldikdə isə, biz mütəmadi olaraq imama adi olan informasiya və bilgilərimizi artırmalıyıq ki, səhvə və yanlışlığa yol verməyək. Belə edəriksə, kimsə bir söz deyəndə, şübhə yaradanda, imamların əmirlərinə itaətin vacib olmadığını söyləyəndə şəkkə düşməz, tərdid emərik. Deməli, imama mərifətin kəmiyyət və keyfiyyətini artırmalıyıq.

Mərifətin mənası budur ki, imamın məqam və mərtəbəsini bilək. Bilk ki, kimə tabeyik, onun varlıq aləmində çəkisi və rolu nədən ibarətdir.

Dərk etməliyik ki, o Allahla bizim aramızda vasitədir, Allah istədiyini imamın qəlbinə qoyur. Bu mərifətimiz nə qədər artarsa iman və vurğunluğumuz da bir o qədər artar./shabestan/

nardaranpiri.com
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031