Həzrət İsanın (ə) şeytana tövbə təklifi
Mьəllif: admin1
Tarix: 3-06-2022, 22:08
Həzrət İsanın (ə) şeytana tövbə təklifi
Ayətullah Behcət buyurur: “İncildə yazılmışdır ki, Həzrət İsa (ə) İblis üçün bağışlanmaq istəmişdir. Allaha belə buyurmuşdur:

“Allahım, bu qədər müddət Sənin ibadətini etmişdir. Təlim vermişdir. Gəl,onun günahlarını bağışla” Şeytan Həzrət Adəmin (ə) vaxtından Həzrət İsanın (ə) zamanına qədər nə qədər fəsad törətmiş və günahlar etmişdir.

Ancaq buna baxmayaraq, peyğəmbərinə belə buyurur: “Mən onu bağışlamağa hazıram. Gəlsin desin ki, mən günah etmişəm, səhv etmişəm, məni bağışla. Gəlsin bu iki kəlməni desin”.

Həzrət İsa (ə) da çox sevinir. Bu dünyada belə bir misilsiz iş görmək istəyir. Şeytanla Allah arasında vasitəçilik etmək istəyir. Şeytanı çağırır və deyir: “Gəl, mənim sənə müjdəm vardır”.

Şeytan deyir: “Belə sözlərdən çox deyilir”.

Həzrət İsa (ə) deyir: “Sənin xəbərin yoxdur, əgər bilsən, səy göstərərsən”.

Şeytan deyir: “Mən sənə deyirəm ki, bu sözlərdən çoxdur”.

Həzrət İsa deyir: “Sənin xəbərin yoxdur, bütün bu fəsadlardan iki kəlmə ilə xilas ola bilərsən”.

Şeytan deyir: “De görüm nədir?”.

Həzrət İsa (ə) buyurur: “Gəl və Allah dərgahında de: “Allahım, mən günah etmişəm, məni bağışla”.

Şeytan deyir: “Yox, O, gərək gəlsin və desin ki, Mən səhv etmişəm. Sən məni bağışla. Niyə? Çünki mənim ordum, onun ordusundan çoxdur. O mələklər ki, mənimlə birgə səcdə etmədilər və mənə tabe oldular - onlar mənim ordularımdır.

Şeytanlar da mənim ordumdur. O əcinnələr ki, Allaha iman gətirməyiblər - mənim ordumdur. Bütün bəşər bütpərəstləri mənim ordumdur”.

Bəli, şeytan Qiyamət günü öz ordusunun çoxluğu ilə öyünmək istəyir. Halbuki, ora çoxluq və azlıq yeri deyildir. Hər nə qədər çox olsa, cəhənnəm deyər:

“Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?». Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o, deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur)”. (“Qaf” 30).

Həzrət İsa (ə) ona deyir: “Get, məlun! Sənin üçün də bir iş görə bilmədim”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930