Bizdən deyil
Mьəllif: admin1
Tarix: 28-07-2015, 09:51
Bizdən deyil

İslam peyğəmbərinin (s) və onun canişinləri olan İmamların (ə) hər hansı bir
mövzunun açıqlamasında işlətdiyi məxsus ibarətlər həmin mövzunun insanın fərdi
və yaxud ictimai həyatında böyük rolu olduğunu göstərir. O müqəddəs insanların
kəlamlarında olan oxşatmalar, ibarətlər və misallar həqiqətdə onların kəlamlarının
təfsirçisidir. İnsanlar o ibarətləri oxumaqla elə bir elm dəryasına qovuşurlar ki, bir
çox kitab oxumaqla ona nail olmaq mümkün deyil. Sözü gedən ibarətlərdən bir
neçəsi bunlardır: “Bizdən deyil” , “ Bizim tərəfdarlarımızdan (şiələrimizdən)
deyil”
Hər kəs bu iddiadadırki, biz İslam peyğəmbərinin (s) və onun əziz canişinləri
olan İmamların davamçısıyıq və yaxud çalışırıq həqiqi davamçı olaq. Bizlər eliyə
bilərik sözü gedən ibarətlərlə özümüzün həqiqi davamçı olduğumuzu öyrənək. O
ibarətlərdə nəfsi təmizləmək, həqqun-nası qorumaq, daxili paklıq, gözəl əxlaq və
gözəl həyat kimi mənalı sözlər qeyd olunubdur. Qurani-Kərimə nəzər salsaq həmin
mövzunu təsdiq etdiyini görərik:
“Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda
olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır
dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!”
(Maidə, 105)
“(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.” (Əla, 14)
“Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!” (Şəms, 9)
Qurani-kərimdən əlavə hədislərdə də həqiqi şiələrin (davamçıların)
xüsusiyətlərinə işarə olunmuşdur. Necə ki, İmam Sadiq (ə) cəddi Peyğəmbərdən
(s) nəql etdiyi bir hədisdə buyurur:
“İman özünü bəzəmək və arzu etmək deyil, bəlkə iman elə bir şeydir ki ixlasla
qəlbdə yer almalı və insanın öz əməlləri onu təsdiq etməlidir”
İmam Sadiq (ə) bu sözü ilə dində olanlara ciddi əməl edib və onun zahiriylə
kifayətlənməməyi təkid edir. Bir çox hədislərdə əməllərin qəbul olması üçün
şərtlər qeyd olunubdur. Əməllərin qəbul olmasında təkcə o əməlin düz şəkildə
yerinə yetirlməsi şərt deyil bəlkə bundan da üstün əməllərin qəbul olmasında zikr
olunan şərtlərə diqqət etməkdir. O cümlədən agahlıq, xuzu-xuşunu misal çəkmək
olar.
Həqiqi davamçı (şiə) yolunu davam etdiyi şəxsin tapşırıqlarını (yaxşı işlərə
dəvət etmikdə və yaxud pis işlərdən çəkindirdikdə) düzgün şəkildə və tam inancla
yerinə yetirən kəsdir. Müqəddəs hədislərimizdə İslam peyğəmbəri (s) və onun
həqiqi canişinləri olan on iki İmam (ə) göstərişlərinə diqqət edilmədiyi surətdə
özlərindən hesab etməyərək “bizdən deyil” ibarətini işlətmişlər. Gəlin bu haqda bir
neçə hədisə nəzər salaq:
İslam peyğəmbəri (s) buyurub:
“Əmanətə xəyanət edən şəxs bizdən deyildir.”
“Müsəlman ailəyə və onun malına xəyanət edən kəs bizdən deyildir.”
“Müsəlmana qarşı hiylə quran kəs bizdən deyidir.”
“Başqalarını təəssübkeşliyə (millətpərəstliyə) dəvət edən, bu yolda mübarizəyə
qalxan və bu yolda dünyasını dəyişən şəxs bizdən deyildir.”
“Özünü bizdən başqasına oxşadan kəs bizdən deyildir.”
İmam Sadiq (ə) buyurub:
“Bizim böyük və yaxud kiçiyimizə hörmət etməyən kəs bizdən deyildir”
“Axirət səadətinə çatmaq üçün dünyasını tərk edən şəxs və dünya səadətinə
çatmaq üçün axirətini tərk edən şəxs bizdən deyildir.”
“Gündəlik özünü hesaba çəkməyən kəs bizdən deyildir. Hesab zamanı əgər
yaxşı iş sahibidirsə Allah-taaladan onun daha da artıq olmasını istəsin. Əks halda
isə bağışlanmaq diləməklə yanaşı tövbə etsin.”
“Camaata zülm edən kəs bizim şiələrimizdən deyil”
“Gecə namazı qılmayan kəs bizdən deyil”
“Qəzəbli olan halda öz qəzəbini cilovlamayan şəxs bizdən deyildir”
“Qonşuları ilə xoş keçinməyən kəs bizdən deyildir”
“Dilində bizə qarşı sevgi göstərən, amma əməlində bizimlə müxalifətçilik edən
kəs bizdən deyildir. Bizim şiələrimiz dilində və əməlində bizimlə müvafiq olan
kəslərdir. Onlar bizim əmrlərimizə itaət edər və bizim etdiyimiz əməlləri yerinə
yetirər.”
“Dörd şeyi inkar edən kəs bizdən deyil: Merac, qəbir sorğusu, cəhənnəm və
cənnət və şəfaət.”
Söylənilən tapşırıqların hamısına diqqət etsək hər bir fərd və yaxud cəmiyyət
üçün böyük yararı olduğunu görərik. Bunların hamısı fərdi əxlaqi cəhətdən
yetişdirib və ailə və cəmiyyətdə əmin-amanlığı bərqərar etmək üçün ən mükəmməl
reseptdir. “Bizdən deyil” ibarəti bunu göstərir ki, nə bizdən qabağa keçin və nədə
bizdən arxada qalın. Çünki şübhəsiz hər ikisi insanın zərərinədir. Əgər həqiqi
davamçı olmaq istəyiriksə gərək ancaq onların arxasınca gedək. Buna görə ki,
onlar bu yolun rəhbəridir. Rəhbərsiz qoşun isə hər zaman məğlubdur. Belə olan
surətdə rəhbrimizi yetərincə tanımalı və onların arxasınca getməliyik.
Mahir məmmədov
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031