Cismi fani bilənlər ruhlarının gözəlləşdirilməsinə əhəmiyyət verərlər
Mьəllif: admin1
Tarix: 17-12-2018, 20:40
Cismi fani bilənlər ruhlarının gözəlləşdirilməsinə əhəmiyyət verərlər

Gözəllik elə bir hədiyyədir ki, Allah onu varlıq aləminə əta etmişdir. Təbiətdən tutmuş canlılara qədər insan gözəllik ardınca olar. Dənizlərdə, səmada, təbiətin qoynunda gözəllik axtarar. Çünki bilir ki, gözəllik onu aram və sakit edər.

İnsan gözəlliyi görən kimi sanki ruhu qanadlanar. Ola bilsin ki, insanın yer üzünə səfər etməyi də elə bu səbəbə görədir. Daha çox gözəllik axtarmaq və tapmaq istəyir.

Evini bəzəyir, daha gözəl əşyalar alır ki, evi daha gözəl olsun. Gözəl paltarlar alıb geyinir ki, gözəl görünsün. Xülasə o yerdə ki, gözəllik vardır, insan onu kəşf etməyə çalışır.

Ancaq bəziləri cisimlərini fani bildikləri üçün ruhlarının gözəlləşdirilməsinə xüsusi əhəmiyyət verərlər. Xeyriyyə ünvanı ilə yardım edərlər, müqəddəs məkanlara gedərlər və çalışarlar ki, rəftarları insani olsun.

Ona görə də gözəllik sadəcə zahiri gözəllik deyildir. İnsani rəftar yaxşıdır, ancaq o da əsl hədəf deyildir. Həqiqi gözəllik Allahda cəm olmuşdur. İnsan mənəvi cəhətdən hər nə qədər ali olarsa, gözəlliyi daha çox artar və başqalarının gözünü qamaşdırar.

Bu, elə gözəllikdir ki, aləmin gözəl simalı insanları belə, qarşısında təzim edərlər. Hər kəs bu gözəlliyi dərk etməyə çalışar. Bu, elə gözəllikdir ki, səy və çalışma vasitəsilə hasil olmuşdur.

Din alimləri gözəlliyi nura bənzədirlər. Bütün böyük din alimləri nurani olublar və bir baxışları ilə hər kəsin ürəyinə aramlıq bəxş ediblər. Əhli-beyt (ə) - Allah yolunun hidayətçiləridirlər və onlar gözəlliyi ibadətdə, səbirdə görürlər.

İmam Əli (ə) buyurur: “Möminin gözəlliyi - onun təqvasındadır”.

Hamımız yaxşı bilirik ki, bizi çirkin edən və gözəlliyimizi bizdən alan amil - günahdır. Günah bir qara ləkə kimi ürəyimizə yapışar və bizi mələkut aləmindən ayırar. Günah bizi şeytana (lən) yaxın, Allahdan uzaq edər.

İnsan əgər təqvaya riayət edərsə, günahdan uzaq ola bilər. Bu zaman başqalarının gözündə gözəl görünər. Çünki Allah onu gözəl etmişdir və qəlbinə nur qoymuşdur və insanı bu nur vasitəsilə Özünə tərəf çəkər. Elə ona görədir ki, hətta dində olmayan insanlar belə, əsl möminləri sevirlər.

Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031