Nə üçün Fitr bayramı günü oruc tutmaq haramdır?
Mьəllif: admin1
Tarix: 12-05-2021, 10:48
Nə üçün Fitr bayramı günü oruc tutmaq haramdır?
Sual: Nə üçün Fitr bayramı günü oruc tutmaq haramdır? Bir haldakı bu bir ay ərzində insanın ruhu və cismi bu mübarək ibdət üçün hazır olmuşdur, nə üçün bu orucu fasilə vermədən davam etdirmək olmaz?

Qurban və Fitr bayramlarında oruc tutmağın haram olması ibadi hökmlərdən biridir. Çox zaman dini hökmlərin əsas fəlsəfəsi bizim üçün qaranlıqdır və biz bunu dərk edə bilmirik.

Təkcə o ibadətlərin fəlsəfəsini bilirik ki, bu fəlsəfə məsumların kəlamlarında öz əksini tapmışdır. Bəzi ibadətlərində zahiri fəlsəfəsini bəzi alimlər bilir və bəzən adi insanlar da bir sıra öz savadları həddində izahlar verə bilirlər.

Amma ibadətlərin faydalarına əsaslanaraq izah olunan hikmətlər təkcə ehtimallar səviyyəsindədir. Elə buna görə də Fitr bayramında oruc tutmağın haram olması ilə bağlı aşağıdakı kimi izah vermək olar:

Bəzi günlərdə, o cümlədən mübarək Fitr bayramı günü oruc tutmağın haram olmasının əsas fəlsəfəsi ifratçılığın və işlərdə aşırıçılığın qarşısını almaqdır. Mənəvi işlərdə ifrat və aşırılıq insan üçün bir sıra xoşa gəlməz hallar və məhrumiyyətlər icad etdiyi üçün bəyənilmədiyi kimi ibadi işlərdə də bəyənilmir.

Çünki ibadət olmasına baxmayaraq insan üçün sonradan düzəlməyəcək zərərli və dağıdıcı nəticələri ola bilər. Belə ki, ruhun çox yüksəlməsi cismin fiziki gücü ilə uzlaşmaya bilər. Və bu da insanın psixi durumunda çatışmamazlıqlar əmələ gətirə bilər. Sonda isə insanın bütün ibadətlərdən çəkinməsi ilə nəticələnəcək...
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930