Sui-zənn və bədgümanlığın ağır nəticələri. Sui-zəndən qurtulmağın yolları
Müəllif: Admin
Tarix: 19-11-2020, 13:18
Sui-zənn və bədgümanlığın ağır nəticələri. Sui-zəndən qurtulmağın yolları
Bu, aydın məsələdir ki, insan başqasına qarşı bədgüman olanda və ürəyində ona qarşı pis hisslər keçirəndə istəsə də, isətəməsə də həmin şəxsə lazım olan hörməti göstərə bilməyəcəkdir.

Bəli, sui-zənn - əxlaqın rəzil sifətlərindəndir ki, Quran və hədislərimiz onu şiddətlə tənqid edir. Bu rəzil sifət nəfsin zəif olmasının nəticəsidir.

Adətən o kəslərin ki, başqaları ilə mübarizə aparmağa qüdrətləri olmaz, bu rəzil sifətə adət edərlər. Başqalarından qorxmaq bəzən səbəb olur ki, insan bədbinlik eynəyi ilə başqalarına nəzər salsın. Bəzən bu rəzil sifət təkəbbürə də yol açır.

“Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır.

Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. (“Hucurat” 12).

“Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (belə) pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz”. (“Fəth” 12).

Hədislərdə oxuyuruq ki, Allah Təala din qardaşına qarşı sui-zənn etməyi haram buyurmuşdur. Belə ki, sui-zənnin olduğu bir cəmiyyət məhvə doğru gedər. Etimad aradan gedər, insanlar bir-birinin ancaq pisliyini istəyər, ülfət və sevgi məhv olar.

Bəs nə edək ki, bu rəzil sifətdən xilas olaq?

1. Nə zaman başqa bir müsəlmana qarşı bədgüman olsan, bu gümana etina etmə. Yəni, həmin şəxsə qarşı əlində dəqiq dəlilin yoxdursa, ona olan rəftarını dəyişmə.

2. Fikirləri sağlam və pak olmayan insanlardan uzaq olmaq. Çünki onların bədbinliyi keçicidir.

3. Düşüncələrini kontrol etmək. Allah hər birimizi bu işdə məsul hesab edir: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36).

4. Sui-zənnin pis nəticələrinə diqqət etmək.

Oxşar xəbərlər
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30