YAXŞILIQ VƏ XEYİRXAHLIQ
Mьəllif: admin1
Tarix: 20-06-2020, 08:58
YAXŞILIQ VƏ XEYİRXAHLIQ

İmam Əli (ə) buyurmuşdur:

نِعْمَ زادُ الْمَعادِ الْاحْسانُ الَى الْعِبادِ

“Allahın bəndələrinə yaxşılıq və xeyirxahlıq ölümdən sonrakı həyat üçün ən yaxşı azuqədir.”

“Qürərül-hikəm”, 6-cı cild, səh. 161, hədis 9912.

Başqa bir hədisdə isə belə buyurmuşdur: “İnsanlara yaxşılıq imanın böyük bir hissəsidir.”

“Qürərül-hikəm”, 4-cü cild, səh. 52, hədis 5253.

ŞƏRH VƏ TƏFSİR

Şübhəsiz, insanlara yaxşılıq ən mühüm ibadətlərdən biridir. İmam Əli (ə) birinci hədisdə axirət aləminin ən yaxşı azuqəsindən söz açır. Bu hədisi وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى (Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır!) – ayəsi (“Bəqərə” surəsi, ayə 197) ilə yanaşı qoyduqda, məlum olur ki, yaxşılığın nəticəsi təqva, təqvanın da nəticəsi yaxşılıqdır.

Demək, insanların başqalarına köməyi təqva və etiqadlarından baş qaldırır. Həqiqətdə, İslam yaxşılıq və xeyirxahlığa dəvət edən ən güclü təşviqatçıdır.

İkinci hədisdə yaxşılıqla imanın əlaqəsindən söz açılır. İmanı zəif olan insanlar yaxşılıq etməz, həqiqi möminlər isə yaxşılıq əhlidirlər.

Diqqəti cəlb edən odur ki, bu hədisdə yalnız müsəlman və yaxud möminlərə yaxşılıqdan söz açılmır, əksinə hədisin birində Allahın bəndələrinə, digərində isə bütün insanlara yaxşılıqdan danışılır. Demək, hər bir möhtac və yoxsula yaxşılıq etmək böyük ibadətdir.

YAXŞILIQ VƏ XEYİRXAHLIĞIN TƏSİRLƏRİ

Yaxşılığın iki təsiri var: biri yaxşılıq edənə, digəri isə yaxşılıq olunana. Onun yaxşılıq edənə təsiri yaxşılıq olunana təsirindən daha böyük və mühümdür. (Adətən, bu məsələ çoxlarının təsəvvürünə əksdir, çünki bir çox hallarda yaxşılıq minnətlə yanaşıdır.)

Diqqəti cəlb edən odur ki, Qurani-Kərimdə bir növ yaxşılıq sayılan “zəkat” barəsində “tutəhhirəhu” (təmizləyir) və “tuzəkkihim” (paklaşdırır) ibarələri işlədilir (“Tövbə” surəsi, ayə 103), yəni yaxşılıq, yaxşılıq edənin təmizlik və paklığına səbəb olur, onun əxlaqi inkişafına kömək edir və çirkin xüsusiyyətlərini aradan qaldırır.

Bir hədisdə buyurulur: “Yoxsula verdiyiniz sədəqə yoxsulun əlinə çatmazdan öncə Allahın əlinə çatır.” (“Qurani-Kərimin gözəl misalları” kitabından nəqlən, 1-ci cild, səh. 109.)

“İnfaq” ayəsində də Allah yolunda xərcləyənlərin inkişafından söz açılır. Həmin ayədə buyurulur: “Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir.

(Deməli, Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (qüdrət və rəhmət sahibi) və biləndir.” (“Bəqərə” siurəsi, ayə 261.)

Bir sözlə, yaxşılıq fərdin paklıq və islahına səbəb olduğu kimi, ictimai paklıq və islahatı da ərməğan gətirir. Çünki ictimai günahların ən mühüm amillərindən biri də yoxsulluqdur. Yaxşılıq və xeyirxahlıq sayəsində yoxsulluğa son qoyulduğu zaman cəmiyyət də paklanacaqdır.

Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829