Məsləhətləşmək
Mьəllif: admin1
Tarix: 1-07-2015, 11:26
Məsləhətləşmək

İnsan övladı fərdi və ictimai vəzifələrə malikdir. İlkin addımda fərdi vəzifəsi onu yaradan Allahını tanıyıb, ona itaət etməkdir. İctimai vəzifəyə gəldikdə isə fərdi görəvindən əlavə cəmiyyətin qayğısınada qalmalıdır. Çox vaxtlar bu iş fərdi olaraq yerinə yetirildikdə bir çox xətalarla üzləşə bilir. Buna görə də bu görəvin uğurlu olması üçün elə həmin cəmiyyətlə məsləhətləşmək daha məntiqə uyğundur. Necə ki, Allah-taala bu mövzuya belə toxunmuşdur:

و الَّذينَ اسْتَجابُوا لِرَبِّهِمْ وَ أَقامُوا الصَّلاةَ وَ أَمْرُهُمْ شُورى‏ بَيْنَهُمْ
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər . (Şura, 38)

Buradan belə çıxır ki, cəmiyyətin maddi və mənəvi islahı yolunda məsləhətləşmək, bu yolun uğur tapmasında böyük rolu var. Qaldı ki, bu yol Allah-taala yolu olsun. Məlumdur ki, cəmiyyətin verdiyi məsləhətlərdən əlavə uca Allahın yardımı da təsirsiz olmayacaq. Bu barədə Ənkəbut surəsinin 69-cu ayəsində belə buyurulur:

وَ الَّذينَ جاهَدُوا فينا لَنَهْدِيَنَّهُمْ سُبُلَنا وَ إِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنينَ
Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)


Ayədə yer almış فينا kəlməsi (bizim uğrumuzda), Allah-taalanın razılığı yolunda görülən bütün işlərə dəlalət edir. Və جاهَدُوا kəlməsi (cihad etdilər və yaxud cihad edənlər) cihad etmək mənasından əlavə Allah-taala yolunda çalışmaq mənasınada dəlalət edir. Yuxarıda qeyd olunan iki ayənin mənasından belə çıxır ki, hər kəs Allah-taalanın razılığı olan yolda məsləhətləşsə, uca Allah da onu öz yolunda hidayət etməkdən əlavə ona bu yolda uğur bağışlayar. Bu arada bunu da qeyd etmək lazımdır ki, bu işi həyata keçirən şəxs bilməlidir ki, Rəbbinin razılığını əldə etməkdən əlavə cəmiyyət içərisində vəhdət, sülh, əmin-amanlığa da səbəb olmuşdur. Bəndəliyin əsl mahiyyəti məhz elə bundan ibarətdir. Müsəlmanlar çalışmalıdırlar ki, bir-birinin sahib olduğu mükəmməl idea və istedadından yetərincə istifadə edə bilsinlər. Bunun özü insanda olan təkəbbürlük, bədgümanlıq, ehtiramsızlıq, özünü tanımamaqlıq və yersiz cəsarətin ortadan qaldırılmasında böyük təsiri ola bilər. Allah-taala bütün müsəlmanları öz vəzifəsini düzgün şəkildə yerinə yetirməsində yardımcısı olsun.

Hazırladı: M.Mahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930