"Quranın həqiqi tilavəti ayələrin mənalarında fikirləşməkdir."
Mьəllif: admin1
Tarix: 1-07-2015, 11:10
"Quranın həqiqi tilavəti ayələrin mənalarında fikirləşməkdir."

İnsanın yaradılış hədəfi İlahi xəlifə olmaq məqamına yetişməkdir. Bu isə Quran – Kərimin ayələrinin mənasında təfəkkür və tədəbbür etmək, ayələrin hökmlərinə əməl etməklə mümkündür. Həqiqətdə Quranın həqiqi tilavəti və qiraəti ayələr üzərində təfəkkür etməkdən ibarətdir.

"QUM Universiteti"nin Quran və Hədis Elmlər fakültəsi rəisi Hüccətül islam vəl müslimin Dr. Ustad Seyyid Rza Müəddəb: "Quran məntiqi ilə desək insan "xəlifətullah" (İlahi xəlifə) məqamına çatmaq, sahib olmaq üçün yaranıb. Bu məqama çatmaq üçün isə insan mütləq İlahi kitabı, Quranı diqqətlə oxumalı (tilavət) və ən əsası isə bu səmavi kitabın ayələrinin mənasında düşünməli və təfəkkür etməlidir."

Ustad Müəddəb mübarək Ramazan ayı və Quranın bu aydakı yeri və məqamı barədə dedi: "Mübarək Ramazan ayı Allahın ayı adlanıb, bu ad özü də bu ayın insan həyatındakı əhəmiyyətinə işarədir. İnsan Allahın xəlifəsidir. Allah insanı yaratdı ki, insan yer üzündə xilafət etsin. Amma insanlar İlahi xilafət yolundan uzaqlaşaraq, şeytani xilafət yoluna düşdülər. Şeytani yoldan uzaqlaşmaq və İlahi xilafətə qayıtmaq üçün Quranı oxumaq, bu səmavi kitabla dostlaşmaq, ayələrində təfəkkür etmək, sonra əməldə icra etmək, İlahi xəlifə olmağın əsas şərtidir. Quranı oxumaq və düşünmək üçün isə bu müqəddəs kitabın nazil olduğu bu mübarək ay ən gözəl fürsətdir. Allah bu ayı öz ayı adlandırıb və həm də Quranın baharı adlandırıb. Deməli bu adlar işarədir buna ki, biz bu ayda, Allahın ayında, Allahın kitabını oxuyaraq, sonra düşünərək və daha sonra əməl edərək, Allaha qayıda bilər və yenidən İlahi xilafət məqamını əldə edə bilərik. Quranın bizim həyatımızda təsirə malik olmağı üçün biz onun həqiqi tilavətinin nə olduğunu bilməliyik. Necə ki, Bəqərə surəsinin 121 – ci ayəsində buyurur:

الَّذِینَ آتَیْنَاهُمُ الْکِتَابَ یَتْلُونَهُ حَقَّ تِلاَوَتِهِ أُوْلَئِکَ یُؤْمِنُونَ بِهِ وَمن یَکْفُرْ بِهِ فَأُوْلَئِکَ هُمُ الْخَاسِرُونَ

Kitab nazil etdiyimiz kəslər, onlar ki, onun tilavət haqqını bilərək oxuyurlar, onlar o kitaba iman gətirənlərdirlər. Bu ayədə söhbət oxumağın haqqından, həqiqi tilavətdən gedir. Biz fikirləşməliyik ki, bu həqiqi oxumaq nədir? Əlbəttə ki, bu həqiqi oxumaq həm dini mətnlər, hədislər və həm də əqli baxımdan "düşünmək və əməl etmək"dən ibarətdir. Hədislərdə var ki, cəhənnəm ayələrində çatdıqda günahlardan tövbə etmək və bu əzabdan Allaha pənah aparmaq lazımdır. Bu isə təkcə oxumaqla deyil, bəlkə təfəkkür və əməl ilə həyata keçə bilər."

Ustad Müəddəb müsahibəsini İmam Xomeyninin (r.ə) bir kəlamı ilə bitirdi: "Əgər Qurandan bir ayə oxuyub anlasaq, oxuyub anlamadığımız 10 ayədən daha xeyirlidir". Doğrudur ki, Quranı çox oxumağın, eşitməyin, dinləməyin də çoxlu savabı vardır, amma biz çalışmalıyıq ki, Quranı eşidərkən və oxuyarkən daha çox (düşünərək və əməl edərək) faydalanaq./iqna/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031