Qeybətdə olan İmam batini nemətdir və insanların təkamülündə təsirlidir
Müəllif: admin1
Tarix: 7-01-2022, 21:47
Qeybətdə olan İmam batini nemətdir və insanların təkamülündə təsirlidir

Qeybət dövrünü yaşayan İmam (ə.f) Qurani-Kərimin mübarək "Loğman" surəsinin 20-ci ayəsində "batində olan nemət"ə oxşadılmışdır.

Quran-Kərim nurlu bir çırağdır ki, nazil olduğu vaxtdan 14 əsr zaman keçməsinə baxmayaraq hələ də tarix boyunca haqq axtarışında olanların yollarını işıqlandırır və gələcəkdə də işıqlandıracaq. Bu səmavi və müqəddəs kitabda insanlara parlaq və xoşbəxt bir gələcək vədə verilməkdədir.

Bu xoşbəxtlik haqq din olan İslamın qələbəsi ilə həyata keçəcəkdir. Quran ayələrində işarə olanunan bu vədənin, dünyada ədalət dövlətinin qurulması, hədislərdə İmam Mehdi (ə.f) və onun saleh dostları və köməkçiləri tərəfindən həyata keçəcəyi də bəşarət verilib.

Bir sıra "Mehdiçilik" silsilə dərslərində Mehdiçik maarifi və İmam Mehdinin (ə) qiyamı ilə bağlı ayələrdən ən mühüm nöqtələr çıxarılıb və təfsir olunmuşdur ki, bunlardan bəziləri oxucularımız təqdim edəcəyik.

Bu ayələrin kənarında həmin ayələrin təfsiri haqqında deyilmiş bəzi rəvayətlər də açıqlanıbdır.

Bu ayələrin təfsiri "Mehdiçilik üzrə ixtisaslaşmış mərkəz"in tədqiqatçıları tərəfindən həyata keçirilmişdir.

Quran – Kərimdə həzrət İmam Mehdi (ə.f) haqqında olan ayələrdən biri də "batini və zahiri nemət" (وَأَسْبَغَ عَلَیْکُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً) ayəsidir.

Allah-Taala bu ayədə (Loqman / 20) buyurur:

اَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَکُم مَّا فِی السَّمَاوَاتِ وَمَا فِی الْأَرْضِ وَأَسْبَغَ عَلَیْکُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً وَمِنَ النَّاسِ مَن یُجَادِلُ فِی اللَّهِ بِغَیْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا کِتَابٍ مُّنِیرٍ.

"Məgər bilmisiniz və görmürsünüz ki, Allah – Taala yerdə və göylərdə olan nə varsa, hamısını sizin üçün ram etmişdir?! Və batini və zahiri nemətlərini sizin üçün tamamlamışdır?!

İnsanlardan bəziləri Allah – Taala haqqında bilmədikləri şeylər barədə mücadilə və mübahisə edirlər, bir halda ki, onların əlində işıqlı, açıq – aşkar bir kitab və yönləndirici yoxdur!"

Batini və zahiri nemətlərin ən aşkar və bariz nümunələrindən biri də insanlar arasında Allah – Taala tərəfindən qaibdə və ya zahirdə olan İmam və Hidayətçinin olmasıdır.
Məhəmməd bin Ziyad Əzdi deyir: Ağam İmam Musa Kazim bin Cəfər Sadiqdən (ə) "batini və zahiri nemət" (وَأَسْبَغَ عَلَیْکُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً) ayəsi barədə soruşdum.

O həzrət (İmam Musa Kazim (ə)) buyurdu: Zahiri nemət zahirdə olan məsum imamdır və batini nemət batində, qeybdə olan məsum imamdır.

Dedim: (Əhl – beyt) İmamlar (ı) arasında qaib olan imam varmı?

Buyurdu (ə): Bəli. O, camaatın gözlərindən pünhan və gizli olar, amma onun xatirəsi həmişə möminlərin qəlbindən qayib olmaz.

Nöqtələr:

1). Bütün yaradılmışların yaradılışında bir hədəf var və hamısı da insanlar üçün yaradılmışdır.

2). İlahi nemətlər geniş, çoxnövlü və çoxsaylı olduqları kimi, batin və zahirdə də olurlar.

3). Zahiri nemətləri bizi batini nemətlərdən, maddi nemətlər isə mənəvi nemətlərdən qafil etməməlidir.

4). Nemətlər insanın yaradılışına uyqundurlar və ona kəmala çatmaqda kömək edirlər. Qeybət dövrünü yaşayan İmam (ə.f) Quran – Kərimin mübarək "Loğman" surəsinin 20 – ci ayəti şərifində "batində olan nemət"ə oxşadılmışdır.

Bunun dəlili budur ki, baxmayaraq ki, qaibdə olan İmamın (ə.f) qeybətinin insanlar üçün bir sıra müşkül və problemləri də vardır, amma insanın təkmülündə də xüsusi təsiri vardır ki, bu məsələdən də qafil olmamalıyıq.

5). Qeybətdə olan imam Quran ayəsinə görə nemətdirsə, deməli bu nemətdən faydalanmaq üçün imkanlar da vardır.

İmamın qeybətdə olmağı təkcə maddi gözə aiddir, amma O, möminlərin qəlbinə və ruhuna yaxındır və onlar Ondan faydalanırlar. Və elə bu yaxınlıq da mömini çalışqan edir və o, kamala doğru can atır...
/iqna/
Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031