Bu ayın ən mühüm üstünlüyü
Mьəllif: admin1
Tarix: 16-03-2024, 10:32
Bu ayın ən mühüm üstünlüyü

“Bir gün oruc tutmuş bir qadın Həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbərimiz (s) ona süd və ya nə isə digər bir yeməli şey təklif edir. Qadın deyir: “Ey Allahın Peygəmbəri (s), orucam”.

Həzrət Peyğəmbər (s) isə ona deyir ki, yox, sən oruc deyilsən, götur iç. Qadın yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbərimiz (s) yenə də onun süd içməsi üçün israr edir. Qadın bir daha oruc olduğunu deyir.

Peyğəmbərimiz (s) ona belə buyurdu: “Sən necə orucsan ki, bir saat bundan əvvəl mömin qardaş və ya bacının ətini yeyirdin? (yəni onun qeybətini etdin). Ət yediyini sənə göstərimmi? Qus!”.

Qadın birdən qusdu və ağzından bir tikə ət duşdu.

Bəli! Hər bir gunah Allahın qəzəbinə səbəb olur. Ramazan ayında isə günah etməyin daha artıq pislikləri var.

Necə ki, Peygəmbərimiz (s) öz xütbəsində Ramazan ayından, onun fəzilətlərindən danışıb musəlmanlara bəyan edirdi. Həzrət Əli (ə) soruşdu: “Bu ayın ən mühüm üstünlüyü nədir?”.

Peyğəmbərimiz (s) cavab verdi: “Günahların yuyulması”.

Ümumiyyətlə nədir oruc, nədir Ramazan ayı?

Ramazan ayının ehtiramı o qədər böyükdür ki, gərək təklikdə deyilməsin. Məsələn: Ramazan gəldi, Ramazan getdi və s. deyilməsin. Gərək “Ramazan ayı” deyilsin.
Haşim ibn Salim belə nəql edir: “Biz səkkiz nəfər İmam Baqirin (ə) yanında idik. Ramazan ayından söz saldıq.

İmam (ə) buyurdu: “Deməyin, budur Ramazan, deməyin Ramazan gəldi-getdi. Çunki Ramazan - Allahın adlarındandır, gəlmir və getmir. Zay və yox olan şeylər gəlir və gedir. Ramazan ayı deyin. Ayı da əlavə edin. Ramazan ayı - Quranın nazil olduğu aydır. Allah onu bayram təyin etmişdir”.

Ramazan ayında oruc tutmaq və Quranın bu ayda nazil olması, Ramazan ayının üstünlüyündən xəbər verir. Hədislərdən məlum olur ki, bütün səmavi kitablar - Tövrat, İncil, Zəbur və Quran – hamısı bu ayda nazil olublar.

İmam Sadiq (ə) buyurur: “Tovrat - Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Quran isə Qədr gecəsində nazil olub”.

Ramazan ayı - əsl səbir ayıdır. Oruc tutmaq isə özü böyük bir səbirdir. Oruc - İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinməlidir.

Hətta başqa ayda halal olan bütün halal nemətlər bu ayda sübh azanından şam azanına qədər haram edilir. İnsan gizlində, yəni digər insanların gormədiyi şəkildə qidalana bilər. Amma düşünəndə ki, insanlar məni gorməsə də Uca Yaradan, Aləmlərin Rəbbi olan Allah məni görür, bu işdən çəkinər.

Allahım, bizlərə hər zaman özümüzü Sənin hüzurunda hiss etmə tofiqatını nəsib et. Amin!


Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930