İmam Əli (ə)-dan nəql olunan hədis Suriya hadisələrində həyata keçdi
Mьəllif: admin1
Tarix: 17-06-2018, 20:19
İmam Əli (ə)-dan nəql olunan hədis Suriya hadisələrində həyata keçdi
Hədis qədim hədis kitablarında, o cümlədən, Seyyid ibn Tavusun “Əl-mələhimi vəl-fitən” kitabında, Nurullah ibni Şərif Şüştərinin “İhqaqul-haqq və izhaqul-batil” kitabında, böyük əhli-sünnə alimi Naim ibni Həmmədin “Əl-fitən” kitabında (557-ci hədis) nəql olunub

Ərəb ölkələrində sosial şəbəkələrdə maraqlı iddia irəli sürülüb – İmam Əlinin (ə) bir hədisinin Suriyada baş verən hadisələrə aid olduğu iddia olunur. İnterAz -ın ərəb mətbuatına istinadən verdiyi xəbərə görə, iddiada İmam Əlidən (ə) nəql olunan mötəbər bir hədisin məhz Suriya hadisələrinə, xüsusilə, “İraq və Dəməşqdə İslam Dövləti” (DAİŞ) adı altında döyüşənlərə işarə etdiyi bildirilir.

Qeyd olunan hədis qədim hədis kitablarında, o cümlədən, Seyyid ibn Tavusun “Əl-mələhimi vəl-fitən” kitabında, Nurullah ibni Şərif Şüştərinin “İhqaqul-haqq və izhaqul-batil” kitabında, böyük əhli-sünnə alimi Naim ibni Həmmədin “Əl-fitən” kitabında (557-ci hədis) nəql olunub.

Hədisin mətni belədir: Qara bayraqlıları (Suriyada döyüşən sələfilərin bayrağı qaradır) gördüyünüz zaman yerinizdə oturun, tərpənməyin (onlara qoşulmayın), bu zəif dəstənin qəlbi dəmir kimi (daş kimi)bərkdir. Onlar dövlət arzusundadırlar (İraq və Dəməşqdə Dövləti qurmaq arzusu). Onlar heç bir əhdə-peymana vəfa etməzlər, haqqa dəvət edərlər, amma özləri haqq əhli deyillər. Onlar künya ilə adlanarlar (künya oğul adı ilə tanınan ada deyilir – Əbu-Məhəmməd, Əbu Əli, Əbul-Qasım və s.), şəhərlərin adı ilə tanınarlar (DAİŞ döyüşçülərinin çoxu künya və şəhər adı ilə tanınır – Əbu Bəkr Əl-Bağdadi (qrupun rəhbəri), Azərbaycandan olan döyüşçülərdən Əbu Zərr Azəri, Samir Qaxlı, Primorski Muhəmmədin məhşur çeçen komandiri Əbu Omar Şişani ("şişani" ərəb dilində çeçen demekdir), Əbu Müslüm Qazaxi, Əbu Vakas Rusi, Əbu Muaz Rusi, Abidin Kumık, Əbu Muaz Aqulvi). Tezliklə onların arasında ixtilaf düşər, sonra Allah haqqı zahir edər.

Yeri gəlmişkən, bu radikal terrorçu qrupların arasında ixtilaf artıq baş qaldırıb və hər gün qruplar arasındakı toqquşmalarda onlarla döyüşçü həlak olur.

Həmçinin islamazeri.az saytı sələfi saytlarına istinadən cihad fətvaları ilə tanınan radikal terrorçu qruplardan birinin lideri Əbu Basir Tartusi (bu şəxsin adı da künya və Tartus şəhəri ilə tanınır) DAİŞ qruplaşmasını azğın xəvaric adlandıraraq Peyğəmbərdən (s) onların barəsində hədis nəql edib.

Hədisdə deyilir: “Xəvariclər – cəhənnəm itləridir. Axır zamanda bir qövm çıxacaq, yaşları gənc, ağılları yüngül olacaq. Sözləri isə xalqın ən yaxşı sözü kimi görünəcək. İmanları xəncərlərindən aşağı enməyəcək. Və onlar oxun yaydan çıxması kimi İslamdan çıxacaqlar. Onlara rast gəlsəniz, öldürün. Çünki Qiyamət günündə Allah qatında onları öldürən üçün nə qədər əcr vardır." Və yenə Rəsulullah (s) belə buyurmuşdur: "Onlar ümmətimin ən pisləridir. Və ümmətimin ən xeyirliləri onları öldürənlərdir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930