Hidayət nədir?
Müəllif: Admin
Tarix: 4-12-2019, 10:43
Hidayət nədir?
"Hidayət" doğru yola yönəltmə, doğru yol göstərmə mənasını verir.

"Ta-ha" surəsinin 50-ci ayəsində buyurulur: "Allahımız hər şeyi yaratdı, sonra isə, onları hidayət etdi".

"Hidayət" kəlməsinə Quranın müxtəlif yerlərində tez-tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir:

1. Təkvini hidayət

Təkvini hidayət dedikdə, bütün varlıq aləminin tabe olunduğu nizam nəzərdə tutulur. Allah-təala öz xilqətini, canlı və cansız aləmi yaranış qanunlarına uyğun olaraq hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin nizamlı hərəkəti, təkvini hidayətin nümunələrindəndir.

2. Təşrii hidayət

Təşrii hidayət peyğəmbərlər, asimani kitablar vasitəsi ilə həyata keçir. İnsanlar peyğəmbərlər və kitablardan təlim-tərbiyə almaqla, təkamül yolunda irəliləyirlər.

"Ənbiya" surəsinin 73-cü ayəsində oxuyuruq: "Biz, onları əmrimizlə insanları doğru yola yönəldən imamlar etdik. Biz, onlara xeyirli işlər görməyi, namaz qılıb, oruc tutmağı vəhy etdik".

Ayə və hədislərdən belə məlum olur ki, təşrii hidayət, başqa sözlə peyğəmbərlər və asimani kitablar yalnız imanlı insanlara təsirli ola bilir.

Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031