Merac gecəsi Allah-Taala ilə Peyğəmbər (s) arasında hansı söhbətlər oldu?
Mьəllif: admin1
Tarix: 3-12-2021, 22:47
Merac gecəsi Allah-Taala ilə Peyğəmbər (s) arasında hansı söhbətlər oldu?

Ayətullah Üzma Nasir Məkarim Şirazi müqəllidlərindən birinin "Merac gecəsi Allah-Taala ilə Peyğəmbər (s) arasında hansı söhbətlər olub?" sualnı cavablandırıb.

Ayətullah Üzma Nasir Məkarim Şirazinin suala verdiyi cavabın mətninin xülasəsini təqdim edirik:

Hədis qaynaqlarında bu barədə çox uzun rəvayətlər nəql olunuşdur... Bu hədislərdə "merac"ın necə baş verməsi, tarixi barədə, bu səfər zamanı Peyğəmbərin (s) keçdiyi və gördüyü şəhərlər və s... barədə geniş məlumatlar vardır.

Merac gecəsi Allah-Taala ilə Peyğəmbər (s) arasında olan söhbət məhəbbət, eşq, irfan, təvəkkül, razılıq məqamı, Allahı insana yaxınlaşdıran əməllər, Allah yanında ən dəyərli və fəzilətli işlər kimi məsələlərlə başlayır, yetimlərə, zəiflərə, kasıblara əl tutmaq, axirət fikrində olmaq, zöhd, dünyadan və dünyapərəstlərdən uzaq durmaq kimi söhbətlərlə davam edir və sonra cənnət və cəhənnəmin və bu ikisinin əhlinin sifətlərindən söhbət açılır...

Məsələn "merac gecəsi" Peyğəmbər (s) Allahdan soruşur ki, - یا رَبِّ اَىُّ الاَعْمالِ أَفْضَلُ؟ - hansı əməl daha əfzəl və dəyərlidir?

Allah-Taala cavabında buyurur: "Mənim yanımda ən dəyərli əməl insanların mənə təvəkkül etməsi, Mənim verdiyimə razı olması, Mənim üçün bir-birlərini sevməsi, Mənim üçün insanlara qarşı mehriban və dost olmalarıdır. Bu cür insanları Mən də sevirəm və Mənim məhəbbətimin sərhəddi yoxdur!"

Hədisdən də göründüyü kimi varlıq aləmi "məhəbbət, eşq və dostluq" oxu üzərində fırlanır. Və Peyğəmbərlə (s) Allahın söhbəti də elə "məhəbbət"dən başlayır.

Bu hədis bir çox qaynaqlarda gəlmişdir. O cümlədən "Biharul-Ənvar", 77-ci cild, səhifə:20-də və Ayətullah Məkarim Şirazinin "Nümunə təfisiri", 22-ci cild, səhifə 516-da

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930