Bu gün Behcət ağanın nəcib ruhunun mələkut aləminə yüksəlməsindən 6 il keçir
Mьəllif: admin1
Tarix: 17-05-2015, 17:50
Bu gün Behcət ağanın nəcib ruhunun mələkut aləminə yüksəlməsindən 6 il keçir


«İnna lillah və inna ileyhi raciun» - «Həqiqətən, biz hamımız Allahdanıq və qayıdış Ona doğrudur»

17 may 2009-cu il tarixində İslam aləminə ağır itki üz vermişdir. İslam dünyasının böyük mərceyi-təqlidlərindən biri, əxlaq və ürfanın zirvələrindən olan Həzrət Ayətullahul-üzma Məhəmməd Təqi Behcət cənabları 17 may 2009-cu il tarixində 96 yaşında vəfat etmişdir. Bu münasibətlə müsəlman dünyasının bütün qədirbilən insanları dərin hüzn və kədərə qərq olmuşlar.

Böyük ustad Ayətullahul-üzma Məhəmməd Təqi Behcət 1913-cü ildə Gilan vilayətində dünyaya göz açmışdır. Uzun və bərəkətli ömrü ərzində bu ariflər şeyxi misilsiz irs qoymuş, əxlaq və ürfan üzrə yüzlərlə dəyərli alim yetişdirmişdir. Həqiqi bəndə olmaq istəyənlər üçün Ağa Behcət hər zaman canlı nümunə olmuşdur. Onun nurlu yaşamı milyonlar üçün hidayət və təkamül vasitəsi olmuşdur.

ALLAH RƏHMƏT ELƏSİN!
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930