Təkəbbürlü insanlar üçün cəhənnəmdə səqər adlı yer var. Hərarəti o qədər şiddətlidir ki, özü Allaha şikayət edər
Müəllif: Admin
Tarix: 13-05-2015, 19:00
Təkəbbürlü insanlar üçün cəhənnəmdə səqər adlı yer var. Hərarəti o qədər şiddətlidir ki, özü Allaha şikayət edər

İmam Sadiq (ə) buyurur: “Bir gün Peyğəmbər (s) əyləşmişdi və Cəbrayil (ə) onun yanına gəlir. O, çox qəmgin idi və üzünün rəngi dəyişmişdi. Peyğəmbər (s) buyurdu: “Nə olub ki, səni belə qəmli görürəm?”. Cəbrayil (ə) dedi: “Axı niyə belə olmayım ki, bu gün cəhənnəm buxarını cəhənnəmdə qərar verdilər. (Yəni, cəhənnəm alovunu şölələndirən vasitə qoyublar)”. Peyğəmbər (s) buyurdu: “Cəhənnəm buxarı nədir?”. Cəbrayil (ə) dedi: “Allah atəşə əmr etdi və o, min il şölələndi və qızardı. Sonra ona əmr etdi və min il şölələndi və ağardı. Sonra yenə ona əmr etdi və min il şölələndi və qaraldı. Əgər atəş zəncirinin halqaları ki, uzunluğu 70 zərəhdir, dünya əhli üçün qərar versələr, dünya hərarətindən su olardı”. (Erfan)
Allah Təala buyurur: “İzzətimə and olsun ki, əgər cəhənnəm atəşinin bir neçə damcısını dünya dənizinə töksələr, bütün dənizlər quruyar. Bütün dağlar yerə tökülər. Yeddi qatlı torpaq hərarətin gücündən aralanar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bu məsciddə 100 min nəfər və ya çox insan olarsa və sonra cəhənnəm əhlindən olan insan onların arasında nəfəs alarsa və nəfəsi insanlara çatarsa, onların hamısını və məscidi yandırar”.
Başqa bir hədisdə oxuyuruq: “Əgər cəhənnəm əhlini dünya atəşinə qoysalar, yuxu onları aparar”. Yəni, dünya atəşi axirət atəşinin yanında gülüstandır.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən, cəhənnəmdə vadi vardır ki, təkəbbür əhlinin yeridir. Ona səqər deyərlər. Hərarətin şiddətindən Allaha şikayət edər və Allahdan istəyər ki, ona nəfəs alması üçün icazə versin. Ona tənəffüs etmək üçün icazə verən zaman nəfəs almağı ilə cəhənnəmi atəşə bürüyər”.
İmam Baqir (ə) buyurur: “Cəhənnəm əhli itlər və canavarlar kimi pis fəryad çəkərlər. Bu fəryadları ağrılı əzaba görədir. Onların əzabı yüngül olmaz. Cəhənnəmdə ac və susuzdurlar. Gözləri zəif və qaradır. Kar, lal və kordurlar. Üzləri qaradır. Peşman və həsrət çəkəndirlər. Onlara rəhm olunmaz, əzablarını yüngülləşdirməzlər. Atəşə daxil edərlər və cəhənnəm həmimindən ona içizdirərlər. Zəqqum yedizdirərlər. Dəmir zəngəllə onları vurarlar. Qəzəbli mələklər onlara rəhm etməzlər. Onları üzləri üstə atəşə tərəf çəkərlər. Şeytanlarla bir zəncirə vurarlar. Əgər dua etəslər, cavabını verməzlər. Əgər hacət istəsələr, yerinə yetirməzlər. Bu, o kəsin halıdır ki, atəşə daxil olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “O şeyə ki, Allah sizi təşviq edib - rəğbət göstərin. O şeydən ki, Allah sizi çəkindirir - çəkinin. Qorxun o şeydən ki, Allah ona görə sizi əzab və cəhənnəmlə qorxutmuşdur. Şübhəsiz ki, əgər behiştin bir neçə damcısı yaşadığınız bu dünyada sizinlə birlikdə olsa, dünyanızı sizin üçün xoşagələn edər. Əgər yaşadığınız həyatınızda atəşin damcıları sizinlə birlikdə olarsa, dünyanı sizin üçün nifrətedici edər”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031