“...Gəl ona görə bir yerdə dua edək ki, Allah bizi həmin günün şərindən amanda saxlasın”
Müəllif: admin1
Tarix: 8-10-2017, 20:46
“...Gəl ona görə bir yerdə dua edək ki, Allah bizi həmin günün şərindən amanda saxlasın”
İmam Sadiq (ə) nəql edir: “Bir gün İbrahim Xəlil (ə) Beytul-müqəddəsin ətrafında otlaq üçün yer axtarırdı ki, qoyunları ora aparsın. Birdən qulağına bir səs gəlir və həmin tərəfə baxır. Uca boylu bir kişini görür ki, namazla məşğuldur. İbrahim (ə) soruşur: “Ey Allah bəndəsi, namazı kimin üçün qılırsan?”.
Həmin kişi cavab verdi: “Göylərin Pərvərdigarı üçün”.
İbrahim soruşdu: “Qohumlarından kimsə qalıbdırmı?”.
Cavab verir: “Yox”.
İbrahim soruşur: “Bəs yeməyini haradan alırsan?”.
Həmin şəxs ağaca işarə edib deyir: “Bu ağacın meyvəsini yığıram və qış üçün saxlayıram”.
Evindən sual verir və o, da dağı göstərir və deyir ki, evim oradadır.
İbrahim soruşur: “Mən bir gecəlik evinə aparıb qonaq edərsən?”.
Kişi dedi: “Evimin qarşısında su vardır ki, keçmək çətindir. Soruşur ki, bəs sən özün oradan necə keçirsən?”.
Deyir: “Mən suyun üstündən keçirəm”.
İbrahim deyir: “Mənim də əlimi tut, bəlkə Allah mənə də bu sudan keçmək qüdrətini verdi”.
Həmin kişi İbrahimin (ə) əlini tutdu və hər ikisi də suyu keçirlər.
İbrahim dedi: “Hansı gün ən böyük gündür?”.
Həmin kişi deyir: “Qiyamət günü ki, Allah insanların əməllərinin əvəzini verəcəkdir”.
İbrahim dedi: “Gəl ona görə bir yerdə dua edək ki, Allah bizi həmin günün şərindən amanda saxlasın”.
Kişi dedi: “Duanı nə edirsən? Allaha and olsun ki, üç ildir dua edib hacət istəmişəm. Ancaq hələ də yerinə yetməyibdir”.
İbrahim dedi: “İstəyirsən deyim, niyə yerinə yetməyibdir? Çünki Allah o zaman ki, bəndəsini sevər, duasının yerinə yetməsini təxirə salar ki, münacat etsin. Çünki onun dua etməyini sevir. Lakin o bəndə ki, Allah ona qəzəblənər, əgər bir şey istəsə, onu yerinə yetirməkdə tələsər. Ya da ürəyini həmin istəkdən ayrı salar. Onu məyus edər ki, bir daha istəməsin. Bəs sənin hacətin nə idi?”.
Kişi deyir: “Üç il əvvəl bir qoyun sürüsü buradan keçmişdi. Gözəl simalı bir cavan bu qoyunlara çobanlıq edirdi. Ondan soruşdum ki, bu qoyunlar kimə aiddir? Dedi ki, İbrahim Xəlilə. O gündən Allahdan istədim ki, Allahım, əgər yer üzündə dostun və xəlilin varsa mənə göstər”.
İbrahim dedi: “Allah duanı yerinə yetiribdir. Mən İbrahim Xəliləm”.
Kişi onu bağrına basdı”.
İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) məbus olan zaman əmr etdi ki, möminlər bir-birinin əlini sıxsınlar”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930