Ailədə sevgi görməyən insanların xüsusiyyətləri
Müəllif: Admin
Tarix: 7-09-2018, 09:59
Ailədə sevgi görməyən insanların xüsusiyyətləri
Müştərək həyatı öz təsiri altına sala bilən amillərdən biri - ictimai və sevgi büluğuna çatmamaqdır. Bir-biri ilə ailə quran hər iki tərəf o zaman ki, bir-biri ilə görüşər, bu amil ortaya çıxmaz və sonradan ailə qurandan sonra özünü göstərər.

Bir insanın ictimai və sevgi büluğuna çatmaması - təbii bir haldır. Bu cür insanların başqaları ilə heç bir fərqi olmaz. Onlar zahiri cəhətdən büluğa çatan insana bənzəyirlər. Əslində isə vəzifəni və məsuliyyəti boynuna götürə bilməyən uşaqdırlar.

Bu insanların həyat yoldaşı olmaq kimi ağır vəzifəni boyunlarına götürmək tutumları yoxdur. Bu cür insanlar adətən o kəsdən asılı olurlar ki, onun bu ağır vəzifəsini özü boynuna götürmüşdür.

O kəs ki, sevgi baxımından kamil şəkildə inkişaf etmişdir, ictimai həyatda da başqaları ilə gözəl rabitə qurarlar. Bu insanlar məsuliyyəti qəbul edib, öhdəsinə götürə bilir. Hər bir şəraitə uyğunlaşa bilirlər.

Sevgi büluğunun müxtəlif mərhələləri vardır. Məhəbbət göstərmək və başqalarından sevgi almaq - sevgi büluğunun ilk nişanələrindəndir. O kəslər ki, belə bir büluğa çatmayıblar, həmişə sevgi və məhəbbəti başqalarından gözləyərlər. Öz zəif cəhətlərini gizlədərlər. Tənqidi eşitmək qabiliyyətinə malik deyildirlər. Həsəd aparar və çox az insanı bağışlayrlar.

- Əsəbilik, qərarsızlıq, stress və güclü bağlılıq, özünə etimad etməmək;
- Ətrafdakılara görə tez qərar çıxartmaq;
- İşləri haqqında sərbəst qərar verə bilməmək;
- Məsuliyyəti qəbul etməkdə gücsüz olmaq;
- Tələskənlik;
- Həyatdakı fürsətləri əldən vermək;
- Hər kəsi öz rəqibi bilmək;
- Təkəbbürlü və eqoist olmaq;
- Tərslik və başqalarının çətinliklərinə qarşı laqeyd olmaq - sevgi büluğuna çatmayan insanların xüsusiyyətlərindəndir.

Bir insanın ictimai büluğa çatmaması da boşanmalara yol açan amillərdəndir. Bu ictimai amillərin bəzisinə işarə edək.

1. Etimad ediləsi olmamaq. Həmişə söz verdiyi yerə gecikməsi və insanlarla bağladığı qərarları unutması, davamlı işlərini yaddan çıxartması, ətrafında olanları ümidsiz etməsi – bu amillərdəndir.

2. İqtisadi məsuliyyəti qəbul etməmək. Tənbəllik, həddən artıq pul xərcləmək, peşəsini davamlı olaraq dəyişmək kimi.

3. Hədəfsiz olmaq. Həyatda hədəfsiz yaşamaq, başqasının onu təşviq etməsini istəmək, gələcəyi üçün proqramın olmaması, həyatdakı ciddi qərarlarda aciz olmaq, möcüzə və şans gözləmək kimi. Bu amillər insanın ictimai büluğa çatmamasının təzahürüdür.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930