İmam Cavadın (ə) mövludu
Mьəllif: admin1
Tarix: 31-12-2025, 10:41
İmam Cavadın (ə) mövludu
Ahlibeyt.ge xəbər verir ki, bu gün Əhli-beyt (ə) davamçılarının doqquzuncu İmamı olan İmam Cavadın (ə) mövlud günüdür.

Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri isə Təqi və Cavad olan 9-cu İmam (ə) hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur.

Anası Peyğəmbərin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım idi.

O, əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu.

Belə ki, İmam Rıza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

İmam Cavadın (ə) imamət dövrü 17 il sürmüşdür. İmam (ə) hicri 220-ci ildə xəlifə Mötəsimin əmri ilə zəhərlənərək, 25 yaşında şəhid edilib.

İmam Cavadın (ə) mübarək mövludu münasibəti ilə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar birliyi" başda imam Zaman (ə.f) olmaqla Əhli-beyt (ə) sevərlərə təbirik ərz edir.
Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930