Ruzinin müqabilində ən mühüm vəzifələr
Müəllif: admin1
Tarix: 10-05-2020, 19:12
Ruzinin müqabilində ən mühüm vəzifələr
İnsan gərək bu qədər İlahi nemət qarşısında qafil olmasın. Nə də onu öz zəhmətinin və elminin bəhrəsi bilməsin. Gərək həmişə agah olsun ki, bu qədər neməti ona Xaliq verir. Elm və zəhmət isə vasitədən başqa bir şey olmamışdır.

Quran ayələrinə və hədislərə əsasən, insanın İlahi nemət qarşısında vəzifələri vardır. Quranın və hədislərin buyurduğu ən mühüm vəzifə - infaqdır və İlahi neməti xərcləyən zaman mötədil olmaqdır.

Allah nemətlərinə görə şükür etmək – bu vəzifələrdən biridir. Əgər bir qədər özümüzə nəzər salsaq, görərik ki, Allah bizlərə çox sayda nemət əta etmişdir. Ona görə də biz gərək bir insan olaraq bu nemətlər qarşısında qafil olmayaq. Bunlara görə Allaha şükür edək və bu nemətlərin qədrini bilək.

Yəni, insan gərək ilk növbədə bu nemətdən qafil olmasın. İkinci mərhələdə isə bu nemətlərə görə Allaha şükür etsin. Nemət verənə şükür etmək və təşəkkür etmək - əqli cəhətdən zəruri bir işdir.

Allah Təala buyurur: "Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir)”. ("Bəqərə” 172).

Həmçinin buyurur: "Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükür edin”. ("Nəhl” 114).

İmam Əli (ə) buyurur: "Sübhan Allah tərəfindən sizə ilk vacib olan şey - Onun nemətlərinə şükür etmək və Onun razılığını əldə etməkdir”.

Bizim nemətlər qarşısındakı vəzifələrimizdən biri də infaqdır. Zəkatın vacibliyi də bu səbəbdəndir. Yəni, insan İlahi nemətlərdən faydalandığı üçün zəkat verməsi vacibdir.

Quran ayələrində infaq, Allah və Peyğəmbərə (s) iman bəsləməklə bir yerdə bəyan olunmuşdur. "Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin”. ("Hədid” 7).

Həmçinin bəzi ayələrdə infaq – namaz, təqva və imanla bir yerdə bəyan olunmuşdur. ”Göylərin və yerin mirası Allaha məxsus olduğu (hamı öldüyü və hər şey Ona məxsus olduğu) halda, Allah yolunda (mal) xərcləməməkdən sizə nə hasil olur? Sizdən (malını) fəthdən (Məkkənin fəthindən) qabaq (Allah yolunda) xərcləyib cihad edənlər əsla (başqaları ilə) bir deyildirlər. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyükdürlər. Allah (onların) hər birinə gözəl (mükafat) vəd etmişdir. Allah etdiyiniz əməllərdən xəbərdardır”. ("Hədid” 10).

İmam Sadiq (ə) buyurur: "İki sifət vardır ki, hər kimdə olsa (onunla yaxın ol), əks halda ondan qaç”. Soruşurlar ki, bu iki sifət nədir?

Buyurur: "Vaxtında qılınan namaz və onu qorumaq, o birisi isə malından bağışlamaq o halda ki, malın kifayət həddə olar”.

Ruzini mötədil şəkildə xərcləmək, hər bir halda insana ancaq xeyir verər. İnsan ruzini xərcləyən zaman həm ifrat etməməlidir, həm də təfrit. Yəni, simiclik etmək də bəyənilməyən əməllərdəndir. Dinimiz mötədil olmağı həmişə tövsiyə etmişdir.

İmam Sadiq (ə) buyurur: "Allah onları israfdan və çətinlik yaratmaqdan saxlamışdır. Ancaq əgər orta həddi tutmazsa və Allahdan ruzisini verməsini istəyərsə, (bu halda) duası yerinə yetməz”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930