Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Kəramətlə möcüzənin fərqi

Kəramətlə möcüzənin fərqi

Kəramətlə möcüzənin fərqi


İlahi övliyalar bəzən elə iş görə bilirlər ki, adi insanlar üçün fövqəladə sayılır. Çünki adi insanlar bu işləri görə bilmirlər. Bütün İlahi övliyaların həyatı bu kəramətlə doludur. Nəticədə adi insanların Allaha olan etiqadı güclənər və imanları artar. (Tebyan)

“Kəramət” sözünün mənası “böyüklük” deməkdir. Kəramət sözü kərəm sözündən götürülmüş və əziz olmaq, böyük olmaq mənasında işlənir.

Kəramətin başqa bir mənası da vardır və fövqaladə işlərə aid edilir. İnsan Allaha yaxınlaşmaq, ruhunu və batinini saflaşdırmaq üçün bu işi görər.

İslam alimlərindən olan Cərcani deyir: “Kəramət - nübuvvət iddiasında olmayan insanın etdiyi fövqəladə işdir. Əgər nübuvvət iddiasında olarsa möcüzə olar, kəramət deyil”.

O kəs kəramət sahibi ola bilər ki, imanı güclü və batini saf olsun. Həmçinin Allahın izni ilə bu işi görsün. Bu işi kamil insan görə bilər.

Peyğəmbərlərdən (ə) savayı insanlar vardır ki, onlar da fövqəladə işlər görə bilirlər. Bu fövqəladə işi möcüzədən fərqləndirmək üçün onu dəqiq tədqiq edək.

Əgər insanın nəfsi pakdırsa və mənəvi güvvəsi güclüdürsə, o zaman təbiətə təsir qoya bilər. Ona görə də möcüzə ilə kəramət bir-birinə bənzəyir. Yəni, həm peyğəmbər və həm də İlahi övliyalar təbiətə təsir qoymaq qabiliyyətinə malikdirlər. Kəramət də möcüzə kimidir. Ancaq möcüzə o kəsə aiddir ki, nübuvvət iddiasında olar. Allah tərəfindən bəşəri hidayət etməyə vəzifələndirilər. Lakin o kəsin ki, nübuvvət iddiası yoxdur, onun etdiyi fövqəladə əməl kəramət sayılır.

Ona görə də deyə bilərik ki, kəraməti o kəslər edir ki, ürəkləri pak və batinləri səfalıdır. Allahın izni ilə təbiətə təsir edə bilir. Onun etdiyi bu kəramət insana Allahı xatırladar.

Kəramət sahibi olan hər bir şəxs insanlar üzərində Allahın hüccəti sayılır. Bu insanların var olması həmin cəmiyyətin mənəvi inkişafına böyük təsir qoyar. Onlar axirət səmərələrinə daha çox diqqət edərlər.

Beləliklə deyə bilərik ki, möcüzə elə bir fövqəladə əməldir ki, peyğəmbərlik və risalət iddiasında olan şəxs tərəfindən Allahın izni ilə həyata keçər. Ancaq kəramət o fövqəladə əməldir ki, nübuvvət iddiası olmadan İlahi övliyalar vasitəsilə Allaha yaxınlaşmaq məqsədilə yerinə yetirilər. Həmin insanların batini saf və ürəkləri təmiz, imanları güclü olar.

/Deyerler/

Müəllif: Admin | 16-04-2015, 20:25
Baxılıb: 397
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.