Qadınların gözəlliyə olan meylləri, ailənin möhkəm olmasına xidmət etməlidir
Mьəllif: admin1
Tarix: 8-05-2023, 11:03
Qadınların gözəlliyə olan meylləri, ailənin möhkəm olmasına xidmət etməlidir
Allah-taala insanların Xaliqi olduğu üçün, onların həqiqi xeyrini bilir. Allah Təala bütün kişi və qadınlara əmr edir ki, gözlərini naməhrəmə baxmaqdan bağlasınlar. Zinətlərini aşkar etməsinlər. Örpəklərini sinələrinə elə salsınlar ki, naməhrəmlər onlara tamah salmasın.

İslam dini – kamil bir dindir. İslami təlimlər həyatımızın hər bir sahəsini əhatə edir. Bəzilərinin yanlış təsəvvürünə baxmayaraq, İslam dini insana həm axirət və həm də dünya səadəti gətirən bir dindir. İnsan əgər İlahi əmrlərə əməl edərsə, həyatı pak və sakit olar.

Allah Təala Öz kəlamlarında qadınların hicabına da toxunmuşdur. Allah Təbarəkə və Təala qadını Özü yaratdığına görə, onun cəmiyyətdə sağlam şəkildə fəaliyyət göstərməsi üçün hicab geyinməsini və özünü naməhrəmdən qorumasını əmr etmişdir.

“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda)gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar.

Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar.

Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər.(Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar”.
(“Nur” 31).

Allah Təala qadını Özü yaratdığına görə, onun meyl və istəklərindən də xəbərdardır. Ona görə də qadınlara əmr edir ki, naməhrəmdən özlərini qorusunlar.

Allah-taala bu əmri Həzrət Peyğəmbərin (s) həyat yoldaşlarına da verir. “Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir”. (“Əhzab” 59).

Eyni zamanda, dinimiz qadınların öz məhrəmləri üçün bəzənməsini də tövsiyə edir.

İmam Sadiq (ə) buyurur: “Bir qadın üçün yaxşı deyildir ki, özünü zinətsiz buraxsın. Hətta adi bir boyunbağı taxmaqla olsa belə. Yaxşı deyildir ki, xınanı əlindən tərk etsin. Hətta əgər xınanı bir dəfə əlinə çəksə belə, baxmayaraq ki, yaşlıdır”.

Həzrət Peyğəmbər (s) isə kişilərə buyurur: “Dırnaqlarınızı qısaldın”. Lakin qadınlara buyurur: “Dırnaqlarınızdan bir qədərini saxlayın ki, sizin zinətiniz üçün daha yaxşıdır”.

Qadınlar – Allahın Camal sifətlərinin nişaləridirlər. Zinətdən bəhrələnmək gözəlliklərini daha da artırar. Hətta adi bir boyunbağı onun gözəlliyinə təsir göstərə bilir.

Maraqlıdır ki, Həzrət Peyğəmbər (s) kişilərə əmr edir ki, dırnaqlarını qısaltsınlar. Lakin qadınlara buyurur ki, onun bir qədərini saxlayın ki, daha gözəl görünəsiniz.

Bəli, Allah biz insanların Xaliqidir. Hər bir ehtiyaclarımızdan xəbərdardır. Ona görə də səbəbsiz yerə bir şeyi əmr etmir və bir şeyi də qadağan etmir.

Əgər qadın ailədə öz gözəlliyini əri üçün nümayiş etdirməsə, həmin ailənin bünövrəsi sarsıla bilər. Çünki kişi gün ərzində onlarla qadınla rastlaşır.

Ona görə də qadın naz-qəmzəsi ilə öz ərinin diqqətinə özünə cəlb etməlidir ki, kişi yalnız ona diqqət etsin. Bu qadın və kişinin fitri istəklərinə qayıdan bir mövzudur.

Əgər İlahi qanunlarına əməl etsələr, ailə bünövrəsi daha möhkəm olar. Fitri istəklərinə də düzgün cavab verilmiş olar.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031