Qurani-Kərim xüsusi məkana və zamana aid deyildir. Qiyamətədək bütün bəşəriyyətə nazil olmuşdur
Mьəllif: admin1
Tarix: 27-04-2018, 10:24
Qurani-Kərim xüsusi məkana və zamana aid deyildir. Qiyamətədək bütün bəşəriyyətə nazil olmuşdur

Qurani-Kərim, İslam dini xüsusi bir dövrə və məkana aid deyildir. Bu sözümüzü isbat edən ən yaxşı sənəd – Qurani-Kərimin özüdür.“Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi)göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Səba” 28).

Həmçinin buyurur: “(Ya Muhəmməd (s)!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. (“Ənbiya” 107).

“Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din və kitab)ı gətirmişdir. Buna görə də iman gətirin ki, (bu) sizin xeyrinizədir”. (“Nisa” 170).

Quran insanı həmişəlik sədaətə çatdırmaq üçün nazil olmuşdur. Quran, İslam dininin əsas qanunlarının məcmuəsini təşkil edir. Quran düşüncəli insanların üzərinə günəş kimi parlayır. İnsanın səadət və əzəmətini, onun qanunlarına əməl etməkdə bilir.

Quran ədalət və əmanətin, əmr-be-məruf və nəhy-əz-munkərin, elmin, cihadın, kafirlərin möminlər üzərində səltənətlik edə bilməyəcəyinin, sülh və qardaşlığın, İlahi nemətdən bəhrələnməyin, əhdə vəfa etməyin qanunlarını bəyan etmişdir.

Quran ona görə bütün zaman və əsrlərin kitabıdır ki, onda bəyan olunan qanun və qaydalar, əhkam və əxlaqi dəyərlər xüsusi zaman və məkan üçün nazil olmamışdır. Onlar cavidandır. Hər bir millətə və hər bir əsrə aiddir.

Quran elə bir kitabdır ki, batinə malikdir, sirlərlə doludur. Allah bəşəri ona görə xəlq etmişdir ki, kamala çatsın. Ona görə də insanları o tərəfə hidayət etməlidir. Bəşər kamala çatmaq üçün ona lazım olanları bilməkdən acizdir. Bu ehtiyac hər bir zaman və məkanda mövcuddur.

Quran ona görə də bəşərin hidayəti üçün gəlmiş və sadəcə Həzrət Peyğəmbərin (s) zamanına aid deyildir.

Həmçinin yuxarıda zikr etdiyimiz ayələr də Quranın ancaq bir zaman və məkan üçün gəlmədiyini isbat edir. Bu cür ayələrə o cümlədən bu ayələri də misal çəkmək olar:

“Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür”. (“Ənam” 59).

“(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma”. (“Ənam” 114).

“Şübhəsiz, onların (peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Qur’an) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir”. (“Yusif” 111).

İslam dini cavidan bir dindir və bu ayə dediklərimizi sübut edir: “Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Qur’anı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir”. (“Furqan” 1).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031